Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Hansı partiyalarda Qadınlar Şurası YOXDUR... SİYAHI

Hansı partiyalarda Qadınlar Şurası YOXDUR... SİYAHI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadınların siyasətdə iştirakı və qərarvermə proseslərinə təsiri, çağdaş cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri sayılır. 
Partiyaların fəaliyyəti isə qadınların siyasətdə daha aktiv iştirakını və ölkənin siyasi-iqtisadi və sosial sahələrinə təsir imkanlarını artırır. 
Modern.az Azərbaycanda mövcud olan siyasi partiyaların Qadınlar Şurasının rəhbərlərini öyrənmək üçün partiyalar arasında sorğu keçirib.
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayında partiya Nizamnaməsinə dəyişiklik edib, nəticədə Qadınlar Şurası ləğv edilib. 
Həmin tarixə qədər isə YAP-ın Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva olub. 
Qeyd edək ki, siyasi partiyalara üzv olan şəxslərin gender bölgüsünə əsasən hazırlanan statistikada ən çox gender bərabərliyinin qorunduğu partiya YAP-dır. Belə ki, iqtidar partiyasına üzv olanların 50,8-i qadın, 49,2-si isə kişidir. 

Azad Vətən Partiyasından bildirilib ki, partiya hələ Qarabağ Azadlıq Təşkilatı adı altında fəaliyyət göstərən vaxtdan Fəridə Əsgərova uzun müddət Qadınlar Şurasının sədri olub, 2019-cu ildə F. Əsgərova həyatını itirdikdən sonra Sevinc Axundova həmin təşkilatın Qadınlar Şurasının sədri seçilib. 2022-ci ildə təşkilat partiyaya çevrildikdən sonra da S. Axundova şuranın sədri kimi fəaliyyət göstərib. 2024-cü ildə ailə vəziyyətinə görə o, xaricə köçüb, bundan sonra partiyanın qadınlar şurasının sədri Rəsmiyə Qarayeva seçilib. O uzun müddət jurnalist kimi çalışıb.  

“Ana Vətən” Partiyasınından bildirilib ki, 90-cı illərdən partiyada qadınların aktivliyi müşahidə edilir. Partiyanın son qurultayından sonra – 2020-ci ildən Qadınlar Şurasının rəhbəri Günay Ağamalı dəvət edilib. Qeyd edək ki, G. Ağamalı 17 yaşından partiyanın üzvü olub. Hazırda o, Milli Məclisin deputatıdır. 

Real Partiyasından isə bildirilib ki, partiyada gənclər, qadınlar qolu yoxdur. Partiyada bu cür bölgünü doğru saymadığını və hər kəsin bərabər olduğunu önə sürərək bu bölgünün aparılmasının doğru olmadığını hesab etdiklərini bildirilib. Partiyanın sədri Natiq Cəfərli saytımızda açıqlamasında qeyd edib ki, köhnə və SSR-dən qalan, sol yanaşmalarla formalaşan belə ayrılıqlara Real Partiyasında yer yoxdur və prinsipal olaraq bunu qəbul etmirlər.

Vətəndaş Həmrəyliyi Partiyası vurğulayıb ki, VHP-də Qadınlar Şurası 1992-ci ildən fəaliyyət göstərir. Hazırda partiya üzvlərinin 39 faizi qadınlardan ibarətdir. Partiyanın 8 rayon təşkilatına və 103 ərazi özək təşkilatına qadınlar rəhbərlik edir. Bundan əlavə, 42 yerli təşkilatda sədrin birinci müavini vəzifəsində də qadınlar təmsil olunurlar.

Qadınlar Şurasına bu illər ərzində partiyanın tanınmış və fəal qadın simaları – Nailə Əsgərova, Almas Qəhramanlı, Ofelya Rəşidqızı, Rəsmiyyə Sabir, Şəfəq Quliyeva və Aygün Qurbanlı rəhbərlik ediblər.

2022-ci il fevralın 5-də keçirilən iclasda tanınmış yazar Aysel Xanlarqızı Vətəndaş Həmrəyliyi Partiyası Qadınlar Şurasının sədri seçilib.

Ağ Partiyadan saytımıza verilən məlumata görə, Ağ Partiya qadın qolları köhnə nizamnaməyə əsasən yaradılıb və 2023-cü ildə qəbul edilən yeni nizamnaməyə qədər fəaliyyət göstərirdi. Keçirilən sonuncu partiya qurultayında nizamnaməyə dəyişikliklər edildi və qadın qolları ləğv edilib. Hazırda partiyada Gənclər qolları fəaliyyət göstərir. Partiya rəhbəri Tural Abbaslı qeyd edib ki, gender fərqliliyini nəzərə alan hər hansı bir qurumun fəaliyyəti partiyada yoxdur.

Milli Cəbhə Partiyasından isə bildirilib ki, partiyanın Qadınlar Şurasının sədri Almaz Məmmədovadır və o, 2020-ci ilin sentyabr ayından bu vəzifəni icra edir. 

Ədalət Partiyasının strukturunda Qadınlar Şurası fəaliyyət göstərir. 2000-ci ildə partiya öz müstəqil fəaliyyətini bərpa edəndən sonra məşhur milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva bu şöbəyə ilk rəhbərlik edən şəxs olub. Sonra müxtəlif xanımlar bu işi yerinə yetiriblər. Ədalət Partiyasının IX qurultayından sonra Qadınlar Şurasının sədri də yenilənib. Hazırda partiya sədrinin təqdimatı ilə bu vəzifəyə Esmira Şükürova təyin edilib. 
Gələcək Azərbaycan Partiyasının Qadınlar qolunun rəhbəri isə 2019-cu ildə Tovuz Sultanova seçilib və 7 ildir ki, bu vəzifəni icra edir. 

Müasir Müsavat Partiyasından bildirildi ki, Qadınlar Təşkilatının sədri Nargilə Abbasovadır. O, 12 ildir partiyanın üzvüdür, 2020-ci ildən isə Qadınlar Təşkilatının sədri seçilib. Qeyd edək ki, partiyanın bölgələr üzər rayon təşkilatlarında da qadın qolları mövcuddur Quba və Biləsuvarda qadın qollarının rəhbəri olan xanımlar bu il keçirilən bələdiyyə seçkilərində səs çoxluğu ilə bələdiyyə rəhbəri seçiliblər. 

Azərbaycan Ümid Partiyasının qadın qolunun məsul rəhbəri Olqa Həşimovadır. O. Həşimova 2 ildir ki, bu vəzifəni icra edir. 

Böyük Quruluş Partiyasının qadın qolunun rəhbəri isə riyaziyyat üzrə fəlsəfə doktoru Mirvari Naibovadır. O, 2015-ci ildən bu vəzifəni icra edir. 

Ədalət, Hüquq, Demokratiya Partiyasında Qadın qoluna rəhbərliyi 15 ildən artıqdır ki, Nərmin Əzizova rəhbərlik edir. Həmçinin partiyanın İdarə Heyətində təmsil olunan 19 nəfərin 5-i qadındır. Partiyanın Gənclər Şöbəsinin rəhbəri də qadındır, belə ki, bu vəzifəni hazırda Günel Elxan icra edir. 

Klassik Xalq Cəbhəsi Partiyasında bu vəzifəni 3 ildir ki, Tünzalə Süleymanova icra edir. 

Azərbaycan Demokrat Partiyasından bildirilib ki, Qadın Təşkilatının sədri həm də qadın məsələləri üzrə partiya sədrinin müavinidir. Bu vəzifələri 15 ildən artıqdır ki Nazilə Sultan icra edir. 

Böyük Azərbaycan Partiyasından isə bildirilib ki, 1 aya yaxındır ki, partiyada bu vəzifəni icra edən şəxs yoxdur. Partiyanın sədri, deputat Elşad Musayev onu da qeyd edib ki, sentyabr ayında keçiriləcək növbəti Qurultayda qadın qollarının rəhbəri də təyin ediləcək. 

Milli Cəbhə Partiyasından da bildirilib ki, partiya daxilində bu cür bölgü düzgün hesab edilmir. Heç bir ayrı-seçkilik olmadan kişi və qadınların hüquqları bərbər səviyyədə qorunur və partiya daxilində, o cümlədən siyasi fəaliyyətdə hər ikisinə eyni imkanlar yaradılır. Milli Cəbhə Partiyasının sonuncu qurultayında Qadınlar Şöbəsi ləğv olunub, həmin vaxta qədər isə vəzifəni Almaz Məmmədova icra edib. Partiyadan o da bildirildi ki, Nəzarət-Təftiş kommisiyasını 5 üzvünün 3-ü qadındır ( Şəlalə Babayeva, Sədaqət Əliyeva, Ləman Yusifova) eyni zamanda Şəhid və qazi ailələri ilə iş üzrə rəhbər vəzifəsini Esmira Günəş həyata keçirir. Bundan başqa Bələdiyyələrə üzv seçilən partiya nümayəndələrinin 8-nin 5-i qadındır.

Milli İstiqlal Partiyasında 2010-cu ildən hazırki dövrə qədər Aminə Vəliyeva Qadın Təşkilatının sədridir. Partiyadan bildirilib ki, siyasi şurada, partiya sədrinin müşaviri, rayon təşkilat sədrləri, ali məclisin üzvləri və mərkəzi intizam komissiyasında da qadınlarımız təmsil olunurlar
Siyasi partiyalarda qadınların iştirakçılıq payını öyrənmək üçün tövsiyə olunan məqalə: Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri