Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Hansı tərəflərin sözüdür bu?”

“Hansı tərəflərin sözüdür bu?”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“İnkişafımız göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən deyib. 

“İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır. Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bizim şəhərimizdir?! Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın.  

Bu xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinifi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur”, - deyə deputat qeyd edib. 

Onun sözlərinə görə, şagirdlər Məmmədli kəndindən 7 kilometrlikdən Göbəktala və Şahverdili məktəblərinə gedir: “Onlar asfalt yolu ilə məktəbə gəlirlər. Orada modul tipli məktəb tikmək olmazmı? Bu problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanası mərkəzi binadır. Amma onun istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var.

Eyni zamanda, icra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat burdayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikinti vermək olmaz? Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxusu ümumiyyətlə yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur. 

Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik sonra başa düşürlər. Çoxlu inkişaf etmiş fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”. 

Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu bir. İkincisi, hörmətli Səyyad müəllim sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var.

Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar.

Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmçirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm danışanda fikir verin. Burada hmıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri