Hansı tərəvəzləri birlikdə yemək olmaz?
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xiyar və pomidorun birlikdə yeyilməsinin zərərli olması barədə iddiaları təsdiqləyən elmi sübut yoxdur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu qastroenteroloq Yevgeni Belousov deyib.
Həkim bildirib ki, bu tərəvəzlərdən sonra yaranan köp və qaz əsasən tərkibindəki həzm olunmayan liflər və karbohidratlarla, həmçinin insanın fərdi həzm xüsusiyyətləri və qəbul edilən qidanın miqdarı ilə bağlıdır. Bu hal xüsusilə həssas bağırsağı olan insanlarda daha çox müşahidə olunur və adətən qısa müddətdə keçib gedir.
Belousov əlavə edib ki, salata qatılan soğan, kələm və paxlalılar qaz yaranmasını artıra, yağlı və südlü souslar isə həzmi çətinləşdirə bilər. Onun fikrincə, salatlara az miqdarda bitki yağı əlavə etmək daha faydalı seçimdir. Uzun sürən şişkinlik, güclü qarın ağrısı, qanama və ya səbəbsiz çəki itkisi olduqda isə həkimə müraciət etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















