Icma.az
close
up
RU
Havanın qəfil dəyişməsi orqanizimdə hansı fəsadlar yaradır? Terapevtdən açıqlama

Havanın qəfil dəyişməsi orqanizimdə hansı fəsadlar yaradır? Terapevtdən açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son günlərdə havaların qəfil dəyişməsi həm fiziki, həm də emosional olaraq insan orqanizmini sınağa çəkir.  Yazın gəlişi ilə hava temperaturunun yüksəlməsi, xüsusən yaşlılar və xəstəlikdən əziyyət çəkənlər üçün risk faktorunu artırır. Belə şəraitlərdə, qan dövranı sistemindəki dəyişikliklər daha çox hiss olunur, bu da qan təzyiqinin yüksəlməsi, ürəkbulanma və damar problemlərinin meydana gəlməsi kimi hallar ilə nəticələnə bilər.

Bu barədə Moderator.az-a danışan terapevt Etibar Süleymanov deyir ki, havanın kəskin dəyişməsi və tez-tez isti ilə soyuğun bir arada olması, xüsusilə meteohəssas insanlara ciddi təsir göstərir:

 “Meteohəssas insanlar, hava şəraitindəki dəyişikliklərə qarşı həssas olan şəxslərdir. Bu qrupa əsasən, qan təzyiqi olan, ürək-damar sistemi xəstəlikləri, sinir sistemi problemləri olan şəxslər daxildir. Onlar, hava sürətindəki dəyişikliklərə görə daha çox təsirlənirlər. Belə hallarda, qan təzyiqində dalğalanmalar (bəzən təzyiqin yüksəlməsi, bəzən isə düşməsi), baş ağrıları, halsızlıq və yorğunluq kimi əlamətlər ortaya çıxır. Bundan əlavə, havanın dəyişməsi insanın geyim seçimində problemlərə səbəb ola bilər. Məsələn, hava isti olduqda nazik geyinən şəxs, qəflətən yağan yağış və ya soyuyan hava səbəbindən soyuqlaya bilər. Bu, kəskin respirator xəstəliklərin yaranmasına səbəb ola bilər, çünki bədən havanın dəyişməsinə tez adaptasiya ola bilmir.

 Yaz aylarında, xüsusən də mövsümi keçid dövründə, bir sıra xəstəliklər kəskinləşir. Bu dövr, allergik xəstəliklərin, mədə-bağırsaq problemlərinin daha çox müşahidə olunduğu bir zamandır. Yazın gəlib çatan ağac çiçəklənməsi və yarpaqlanması ilə bağlı olaraq allergik xəstəliklər də aktivləşir. Allergiya xəstəliyi olan şəxslər, xüsusən də allergik rinit və rinofaringitdən əziyyət çəkənlər, bu dönəmdə təbiət amilinə görə daha çox problemlə qarşılaşırlar. Bu cür insanlara maska taxmaq tövsiyə olunur, çünki bu, allergenlərin orqanizmə ziyan verməsini azaldar. Havanın kəskin dəyişməsinin və təbiət dəyişikliklərinin insan sağlamlığına təsiri çox böyükdür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri