Icma.az
close
up
RU
Hansını almaq daha sərfəlidir Təmirli, ya təmirsiz?

Hansını almaq daha sərfəlidir Təmirli, ya təmirsiz?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mənzil almaq istəyənlərin qarşısında duran əsas seçimlərdən biri təmirsiz ev alıb sıfırdan təmir etmək və ya hazır təmirli mənzilə üstünlük verməkdir. Son illərdə tikinti materiallarının və usta xidmətlərinin bahalaşması bu məsələni daha da aktual edib.
Bəs hazırkı bazarda hansı seçim daha sərfəli sayılır?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, əgər yeni tikili mənzil almaq məsələsinə baxsaq, seçim zamanı ən sərfəli variant həmişə "podmayak", yəni təmirsiz qara divarlı mənzil olmur:
 

"Bir çox hallarda hazır təmirli və ya yüngül kosmetik təmirə ehtiyacı olan mənzillər daha sərfəli hesab edilir. Çünki bazarda "podmayak" mənzillərə tələbat daha yüksəkdir. Bu səbəbdən həm belə mənzillərin sayı az olur, həm də qiymətləri sürətlə artır. Xüsusilə çıxarışı olan və ipotekaya yararlı yeni tikililərdə qiymət artımı daha kəskin müşahidə olunur.


Digər tərəfdən, son illərdə tikilən binalarla 7-10 il əvvəl tikilmiş binalar arasında ciddi qiymət fərqi var. Daha yeni tikililər adətən daha baha olur, köhnə tikililərdə isə nisbətən daha əlçatan qiymətlər müşahidə edilir. Bu baxımdan 7-10 il əvvəl tikilmiş binalarda yüngül təmir tələb edən mənzilləri almaq, sonra yalnız kosmetik dəyişikliklər etməklə istifadəyə vermək daha az xərc tələb edə bilər".
Ekspert deyib ki, podmayak mənzillərin təmiri isə çox vaxt gözləniləndən daha baha başa gəlir:
"Ən ucuz variantlarda belə bir kvadratmetrin təmiri təxminən 400 manatdan başlayır və keyfiyyət artdıqca bu rəqəm daha da yüksəlir. Buna görə də sıfırdan təmir etmək çox vaxt ciddi əlavə maliyyə yükü yaradır.
Bazarda elə mənzillər də olur ki, sahibləri tərəfindən artıq təmir edilib və sonradan satışa çıxarılıb. Belə mənzillər bəzən daha münasib seçim ola bilər, çünki alıcı əlavə təmir xərci və vaxt itirmir. Xüsusilə təcili satışa çıxarılan təmirli mənzillər qiymət baxımından daha əlverişli olur.
Ümumilikdə isə seçim alıcının məqsədindən asılıdır. Əgər insan vaxt və əlavə xərcə getmədən hazır vəziyyətə yaxın mənzil istəyirsə, təmirli və ya yüngül təmirli mənzillər daha uyğundur. Əgər tam zövqə uyğun dizayn etmək istəyirsə, podmayak mənzil seçə bilər, amma bu zaman ümumi xərclərin daha yüksək olacağını nəzərə almaq lazımdır", - deyə o qeyd edib.
 

Ekspertlərin fikrincə, hazırda bazarda təmirli və ya yüngül kosmetik işlərə ehtiyacı olan evlər iqtisadi baxımdan daha əlverişlidir.


Çünki "podmayak" mənzillərə tələbat çox olduğundan həm sayları azdır, həm də qiymətləri sürətlə yüksəlir. Xüsusilə çıxarışı olan və ipotekaya yararlı mənzillərdə bu artım özünü daha qabarıq göstərir.
Təhlillərə görə, son illərdə ucaldılan binalarla 7-10 il əvvəl istifadəyə verilmiş tikililər arasında da ciddi qiymət fərqi mövcuddur.
Yeni binalar baha olduğu halda, nisbətən köhnə tikililərdə qiymətlər daha münasibdir. Bu səbəbdən bir neçə il mənzil kimi istifadə olunmuş binalarda yüngül təmirli evlər alıb, yalnız kosmetik dəyişikliklərlə köçmək xərcləri minimuma endirir.
Sıfırdan aparılan təmir işlərinin gözləniləndən baha başa gəldiyi bildirilib. Hazırda ən ucuz variantlarda belə mənzil sahəsinin hər kvadratmetrinin təmiri minimum 400 manatdan başlayır.
Keyfiyyət artdıqca bu xərc daha da böyüyür və alıcı üçün ağır maliyyə yükünə çevrilir.
Bəzən sahibləri tərəfindən təmir edilib təcili satışa çıxarılan mənzillər bazarda ən ideal seçimə çevrilir. Belə variantlar həm vaxt itkisinin, həm də əlavə tikinti xərclərinin qarşısını alır.
 

Yekun qərar alıcının hədəflərindən asılıdır. Əlavə qayğılardan uzaq olmaq istəyənlər üçün təmirli evlər, öz zövqünə uyğun dizayn yaratmaq istəyənlər üçün isə yüksək xərcləri gözə almaq şərtilə təmirsiz mənzillər uyğun sayılır.


Yəni, mənzil bazarında tikinti və usta xərclərinin kəskin artması səbəbindən sıfırdan ev təmir etmək artıq sərfəli deyil, hazırda yüngül kosmetik təmirli və ya təcili satılan hazır mənzilləri almaq daha az xərc tələb edir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri