Icma.az
close
up
RU
Daha böyük zəlzələ olacaq Professordan qoxulu XƏBƏRDARLIQ

Daha böyük zəlzələ olacaq Professordan qoxulu XƏBƏRDARLIQ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə Balıkəsirdə bazar günü baş verən 6,1 bal gücündəki zəlzələdən sonra geoloq, seysmoloq və akademik Naci Görür, qatıldığı proqramda son zəlzələni dəyərləndirib və İstanbul üçün diqqətçəkən açıqlamalar verib.

“Cebheinfo.az” xəbər verir ki, Naci Görür zəlzələdən sonra şəhərdə fəal fay xəttinin mövcud olmadığını deyən zəlzələ mütəxəssisi Şener Üşümezsoyu tənqid edib və 7 baldan yuxarı zəlzələnin olacağını deyib:

"Şəxsi və elmi fikrim budur. İstanbul daha təhlükəli hala gəldi. İstanbulda baş verən son 6,2 bal gücündə zəlzələ Kumburqaz fayının qərb ucunun yalnız kiçik bir hissəsinin qopmasına səbəb oldu və əgər normal olaraq körfəzdə uzanan və böyük ölçüdə açılmış olan adalar fayını da nəzərə alsanız, ictimaiyyətə yanlış məlumat ötürüldü”.

Görürün sözlərinə görə, “İstanbulda zəlzələ bitdi” kimi açıqlamalar cəmiyyəti yanıldır:

“Bilimə əsaslanmayan, elmi mühitə təqdim olunmamış məlumatlarla insanlara yanlış mesaj verildi. Bunun nəticəsində mövzuya maraq azaldı. Fikrimcə, bu, İstanbul üçün daha böyük təhlükə yaratdı.Kumburgaz fayının ümumi uzunluğu 65-70 kilometrdir, bunun cəmi 15 kilometri qırılıb, qalanı isə hələ durur. Adalar fayı aktivdir. Bu fayların qırılması ilə 7-dən böyük zəlzələnin baş verəcəyi qətidir.

7 baldan yuxarı zəlzələ ilə 6,1 və ya 6,2 bal gücündəki zəlzələnin törədəcəyi dağıntı eyni olmaz. İstanbulun köhnə tikililərdən ibarət olan mövcud inşaat fondunu nəzərə alsaq, bu, çox böyük faciələrə səbəb ola bilər”.

Digər tərəfdən, zəlzələ alimi Şener Üşümezsoy isə Balıkəsir zəlzələsindən sonra verdiyi açıqlamada belə deyib:

“Risk var deyənlərin iddialarına görə 130 kilometrlik bir xətt olmalıdır, amma belə bir xətt mövcud deyil. Uzun illər İstanbul üçün nəzərdə tutulan 8 bal gücündəki zəlzələ ssenarisi artıq keçərli deyil.

İstanbulda qırılacaq uzun bir fay yoxdur. 23 apreldə baş verən zəlzələ ilə qırılmalı olan hissə artıq tamamlandı. Böyükçekmece ilə Küçükçekmece arasında nə qırıq var, nə də artçı təkan. Bu bölgədə fəal fay xətti mövcud deyil. 

Adalar üzərində də aktiv fay yoxdur, zəlzələ enerjisi bu bölgəyə yönəlmir. Enerji Gemlik körfəzi və Orxanqazi istiqamətinə gedir, İstanbula yox”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri