Icma.az
close
up
RU
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? Professordan xəbərdarlıq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu gün hantavirusun pandemiya yaratmaq potensialı yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, qloballaşan dünyada yoluxucu xəstəliklərin yayılma riski nəzərə alınmalıdır və bu baxımdan Azərbaycanda da diqqətli davranmaq vacibdir:

"Çünki virusun Azərbaycana gəlib çıxması ciddi nəticələrə səbəb ola bilər. Yoluxma baş verdikdə ağır fəsadlar verir  və xüsusilə ölüm riski yüksək ağırlaşmalar yaradır".


Adil Qeybulla vurğulayıb ki, hantavirus artıq insanlara keçə bilən viruslar sırasındadır və bu baxımdan nəzarətdə saxlanmalıdır:

"Xəstəlik törədə bilirsə, deməli diqqət mərkəzində olmalıdır. Viruslar zamanla öz xüsusiyyətlərini dəyişə bilər. Gələcəkdə hava-damcı yolu ilə daha asan yayılan formaya keçməsi də istisna deyil". 

O, virusun əsasən gəmiricilər vasitəsilə yayıldığını da diqqətə çatdırıb:

"Hantavirus xüsusilə gəmiricilərin ağız suyu və ifrazatında olur. Evdə siçan və siçovullar varsa, insanlar üçün yoluxma riski artır. Ona görə də profilaktik tədbirlər  vacibdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanının cənubundakı Argentina ilə Afrikanın qərbindəki Kabo Verde arasında hərəkət edən sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün "aşağı riskli" kimi qiymətləndirib. Təşkilat eyni zamanda virusun genom sekvensi üzrə araşdırmaların davam etdiyini bildirib.

Gəmidə aşkarlanan 7 hantavirus yoluxmasından 3-nün ölümlə nəticələnməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub. ÜST-nin məlumatlarına əsasən, hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən virus qrupuna aiddir.

Artıq İsveçrədə də hantavirus infeksiyası halı aşkarlanıb. "Reuters" agentliyinin İsveçrə hökumətinə istinadən verdiyi məlumata görə, bir kişi Sürix xəstəxanasında müalicə alır. Onun bir neçə hantavirus infeksiyası halının baş verdiyi gəmidə kruizdən sonra İsveçrəyə qayıtdığı bildirilir.

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:560
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 May 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri