Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Hantavirus” uşaqlardan və yaşlılardan yan keçir

“Hantavirus” uşaqlardan və yaşlılardan yan keçir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Andes” tipli virus mutasiyaya uğrayaraq insanlara uyğunlaşıb

Fransada ötən həftənin əvvəlindən FFP2 tipli maskaların satışında ciddi artım müşahidə olunub. Buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra hantavirusa yoluxma halları ilə bağlı narahatlıqlar olub. Bəzi apteklərdə müvəqqəti məhsul çatışmazlığı, topdansatış mərkəzlərində isə rekord satış qeydə alınıb. 3 gündə 15 min qutu maska satılıb. Halbuki adi vaxt həftədə, təxminən, 2 min 400 qutu maska satılırmış. Bu kütləvi həyəcan və təşvişə baxmayaraq, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayıblar. Çünki xəstəxanaya yerləşdirilmiş 26 nəfərin test nəticələri mənfi çıxıb və son günlər yeni yoluxma faktı təsdiqlənməyib. Rəsmi qurumlar nəzarət və tibbi müşahidə mexanizmlərinin fəaliyyətini davam etdirdiyini, vəziyyətin diqqətdə saxlanıldığını bildiriblər.

Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişçenko isə deyib ki, “Hondius” kruiz gəmisində qeydə alınan “Andes” tipli hantavirus mutasiyaya uğrayır və insanlara uyğunlaşmağa başlayır. Bu fakt fəlakət deyil, lakin ştamların uyğunlaşdığını, ardıcıllığını hər il dəyişdiyini və insan immun sistemindən yayınmağın yeni yollarını tapdığını təsdiqləyir. Hazırda hantavirusların virulentliyi və yoluxuculuğu aşağıdır, baxmayaraq ki, onlar artıq yavaş-yavaş insandan insana keçməyə başlayıb. Akademik qeyd edib ki, 2018-ci ildə Argentinada And dağlarında yayılan epidemiyada, təxminən, 35 faiz ölüm hadisəsi qeydə alınıb. Gəmidə aşkarlanan hantavirus üçün Rusiya iqlimi əlverişsizdir və bu da virusun ölkədə yayılma riskini azaldır.

– Bəs Azərbaycanda vəziyyət necədir? Bizi yeni bir virus pandemiyası, yəni hantavirus faciəsi gözləyirmi? Bu sualla səhiyyə eksperti, tibb elmləri doktoru, professor Musa Qəniyevə müraciət etdik. Müsahibimiz öncə yarana biləcək təhlükə ilə bağlı yayılan fikirlərə münasibət bildirdi:

– Son günlər Hollandiyaya məxsus MV Hondius sərnişin gəmisində hantavirusa kütləvi yoluxma ilə bağlı yayılan məlumatlar, insanlar arasında ciddi narahatlığa səbəb olub. Ən arzuolunmas hal mövcud vəziyyətə yanaşmanın yenə də qeyri-düzgün olmasıdır. Göründüyü kimi, biz COVID-19 pandemiyasından lazımi nəticələri çıxarmamışıq. Hətta rəsmi mənbələrdə Azərbaycanda bu virusa yoluxma qeydə alınmayıb, epidemioloji vəziyyət nəzarət altındadır kimi fikirlər səslənir. Bunlar zamanında bu sahəyə məsul olan bəzi şəxslərin COVID-19-un Azərbaycanda aşkarlanmadığını və bu virusa yoluxmanın olmayacağı kimi bəsit və mənasız düşüncə tərzini xatırladır. Odur ki, dəfələrlə söylədiklərimi bir daha təkrar edirəm: qloballaşan dünyada virus infeksiyası artıq sərhəd tanımır. Odur ki, “epidemiya” sözü artıq tarixi keçmişdir, aktual olan yalnız “pandemiya” terminidir. Çox istərdim ki, bu fikrim diqqətə alınsın.

Professor daha sonra virus haqqında dəqiq, faktlara əsaslanan elmi məlumatlar verdi:

– Virus haqqında mövcud həqiqətləri demək lazımdır, çünki internet dövründə yaşadığımızdan cəmiyyəti qorumağın yeganə yolu budur. Hantavirus ailəsinə aid olan 50-dən çox növ mövcuddur. Bunların arasında insandan insana ötürülə bilən yeganə növ Andes adlandırılanıdır. İlk dəfə 1995-ci ildə Cənubi Amerikada And dağlarının ətəyində yaşayan virusa yoluxmuş insanlarda tapılıb. Hantavirusların ən qorxulu və təhlükəli növü sayılır. MV Hondius gəmisində tapılan və hazırda dünya gündəmində böyük narahatlığa səbəb olan məhz bu ştammdır.

Bu virusun genomu, COVID-19 kimi təkzəncirli RNT-dən təşkil olunmuşdur və şərti olaraq, L (böyük), M (orta) və S (kiçik) adlandırılan 3 seqmentdən ibarətdir. Virus yoluxdurduğu hüceyrəyə M-seqmenti vasitəsilə daxil olur. Yəni infeksiya RNT-sinin bu hissəsi virusun hüceyrəyə giriş qapısının “açarı” rolunu oynayır. Bu seqmentin kodlaşdırdığı vahid poliprotein virusun formalaşması prosesində şərti olaraq Gn və Gc adlandırılan iki fərqli qlikoproteinə ayrılır. Gn virusun hədəf hüceyrə səthindəki reseptorları tanımasını, Gc isə bu reseptora bağlanan virusun hüceyrənin daxilinə keçməsini təmin edir.

“Andes” virusunun bağlandığı reseptor ß3 (xüsusən, α1ß3) inteqrin reseptorlarıdır. Bu reseptorlar əsasən damar endotel hüceyrələri və trombositlərin səthində yerləşir. Odur ki, bu virus bilavasitə damar və trombosit sistemini hədəfləyir. Nəticədə ağ ciyər çatışmazlığı və laxtalanma sisteminin çox ağır, əksər hallarda geridönüşsüz pozulması ilə müşahidə olunan kardiopulmonal sindroma (HPS/HCPS) səbəb olur. Nəzərə almaq lazımdır ki, virusun bağlandığı reseptorlar normal halda qan damarlarının bütövlüyünü təmin edir. Yoluxma halında virus onlara bağlanaraq gerigönüşsüz disfunksiya törətdiyindən bu reseptorlar öz fizioloji funksiyalarını yerinə yetirə bilmir. Nəticədə, dediyim kimi, damarlar ciddi zədələnir, ağ ciyər ödəmi baş verir.

Təzad ondadır ki, normada qanda dövr edən və vəzifəsi orqanizmə düşmüş virus və mikrobları məhv etmək olan komplement sistem (qan plazmasında və hüceyrə səthlərində dövr edən, bir-birini aktivləşdirən 20-dən çox zülaldan ibarət mürəkkəb müdafiə mexanizmidir. İmmunitet sisteminin ayrılmaz hissəsi olan bu sistem bədənə daxil olan bakteriyaları, virusları və digər yad cisimləri məhv etməyə xidmət edir.) reseptorları Andes virusuna yoluxma zamanı əksinə olaraq, virusun bu reseptora daha da möhkəm bağlanmasını təmin edir. Düzdür, bu virusun yoluxdurma əmsalı Ro indeksi 0,5–0,8-dir. Halbuki bu rəqəm qripdə 1,2–1,8 qızılcada isə, hətta 12–15-dir. Lakin onun letallıq, yəni ölüm törətmə əmsalı çox yüksək, 35 – 50 faiz arasındadır. Halbuki, fəsli qrip və qızılcada bu göstərici 0,01– 0,1 faiz arasında dəyişir.

– Digər yoluxucu xəstəliklər kimi, yenə hədəfdə kiçik yaşlı uşaqlar və əhalinin ahıl təbəqəsi durur? Yoluxma yolları eynidirmi?

– Yoluxma yolları, təxminən, eynidir. Virusun orqanizmə əsas daxilolma yolu, aerogen (tüpürcək, öskürək zamanı damcılar və s.), yəni tənəffüs yoludur. Eyni zamanda, infeksiya insandan insana toxunma (dəri – sifətin-sifətə toxunması, selikli qişa və s.) yolu ilə də keçir.

Bu virusa yoluxmada da yaş faktoru əsas rol oynayır. Amma necə? Həmişə əhalinin yaşlı təbəqəsi və kiçik yaşlı uşaqların virusa həssaslığı qeyd olunur. Hantavirusa yoluxmada isə fərqlidir. Uşaqlarda immun sistemi labil, virusun bağlandığı reseptorlar tam formalaşmadığından onlar bu xəstəliyə, demək olar ki, tutulmurlar. Eləcə də yaşlı insanlar. Çünki onların immun sistemi susqun, müvafiq reseptorlar isə, supressiya halında olur.

Bu virusa daha həssas yaş qrupu 20–50 yaş arasında olan insanlardır. Çünki yoluxma halında onların güclü immun sistemi damar keçiriciliyini məhv edən aqressiv vasitəyə çevrilir.

Çox istərdim ki, bu yaş qrupunda olanlar da stresə düşməsinlər. Çünki beta 3 inteqrin reseptoru polimorfizmə məruz qalan (33-cü vəziyyətdə leysin amin turşusunun prolinlə əvəz olunması) müəyyən faiz insanların, bu virusa yoluxma ehtimalı yoxdur. Sadəcə, insanlarla ünsiyyət zamanı diqqətli olsunlar. Qorunmaq infeksiyaya yoluxub müalicə almaqdan daha asandır.

Professor söhbətin sonunda əhalini yoluxmadan qorumaq üçün zəruri məsələlərə də toxundu:

– Bəli, “Andes” virusu çox təhlükəli və qorxulu virusdur. Ondan 100 faizli qorunmanın yeganə və ən sadə yolu görüşmə – öpüşmə kimi ünsiyyət formalarına yol verməməkdir. Doğrudur, biz sərhədlərin şəffaflaşdığı bir zamanda yaşayırıq. Virus, mikrob və sair infeksiyalar haqqında dövri olaraq, müxtəlif məlumatlar yayılacaq. Düşünürəm ki, gələcəkdə bu kimi hadisələrə görə, əhalinin narahatlığına son qoymaq üçün, Səhiyyə Nazirliyi və TƏBİB-in nəzdində mövcud vəziyyətin elmi əsasa istinad edən təhlilini verib, əhalini düzgün məlumatlandıra bilən elm adamlarından ibarət bir bölmə və ya işçi qrup (bu, ictimai əsaslarla da ola bilər) yaradılmalıdır. İndiki zamanda bu, zərurətdir.

Söhbəti hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri