Icma.az
close
up
RU
Haqlı tələblər qarşısında yalan İDDİALAR Rusiyanın “uydurma versiyalar” siyasətinin PƏRDƏARXASI

Haqlı tələblər qarşısında yalan İDDİALAR Rusiyanın “uydurma versiyalar” siyasətinin PƏRDƏARXASI

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya dekabrın 25-də Qroznı şəhəri səmasında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin vurulmasına münasibətdə hələ də yalan, uydurmalarla dolu məlumatları gündəmə gətirməkdə davam edir. Bu da onu göstərir ki, Moskva həmin olayla bağlı həqiqətlərin üzə çıxmasında maraqlı deyil. Ona görə də hədə-qorxu gəlmək, yalan məlumatları gündəmə atmaqla çalışır ki, baş verən hadisə ilə bağlı real mənzərə üzə çıxmasın.
 

MÖVZU İLƏ BAĞLI:
Yalanlar SİLSİLƏSİ – Rusiya təyyarəmizin vurulması ilə bağlı uydurmalara nə vaxt “STOP” DEYƏCƏK?


İlkin araşdırmalar göstərir ki, təyyarə  Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Rusiya mətbuatı isə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatları təhrif etməklə məşğuldur. “Ekspert”lərin dili ilə gah təyyarədə “qaz balonunun partlaması”, gah da “quşlarla toqquşma” versiyalarını gündəmə atmaqda davam edirlər. İndi də Azərbaycanı hədəf almaq yolunu tutublar.
Onlar Azərbaycanın ünvanına təhqirlər səsləndirərək, haqlı tələblərimizə qarşı düşmən mövqeyi sərgiləyirlər. Bunun üçün yeni uydurma versiyalar önə sürərək, qəhrəman pilotlarımızın təhrif olunmuş səs yazısını yayımlamaqla, günahı onların üzərinə atmaqdan belə çəkinmirlər.
Məqsədləri izi azdırmaq, məsələni əsas mətləbdən yayındırmağa çalışmaqdır. Hətta utanmadan bu məsələdə Azərbaycanı günahkar çıxarmağa da cəhd edirlər.
Görəsən, Rusiya təyyarə qəzası ilə bağlı yalan versiyalarından niyə əl çəkmir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Rusiyanın bu istiqamətdə yalan versiyalardan əl çəkməməsi onun öz xislətindən irəli gəlir:
“Rusiya öz xislətindən əl çəkə bilmir. Bu onun siyasətində hər zaman öz əksini tapır. Rusiya bu gün Ukraynada törətdiyi cinayətlərin eyni silsiləsini Azərbaycanın mülki təyayrəsinə qarşı törədir. Rusiya hər zaman öz təbiətinə uyğun hərəkət edir. Uşaqları, qadınları qətlə yetirmək də onların təbiətinə uyğundur”.
Azərbaycanın haqlı tələbləri
Sözügedən mövzuda Azərbaycanın əsas tələbi beynəlxalq təcrübəyə uyğun olaraq, Rusiyanın üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməsidir.
Ölkəmizin tələblərini isə Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan Televiziyası”na müsahibəsində açıq şəkildə ifadə edib:
“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir.
Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.
Rusiyanın haqlı tələblərimizə uyğun davranmaq, yoxsa yalanlar uydurmağa davam etmək yolunu seçəcəyini isə zaman göstərəcək.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri