Icma.az
close
up
RU
Haqq səndədirsə, mübarizə müqəddəsdir: Heç vaxt işğalla barışmayın

Haqq səndədirsə, mübarizə müqəddəsdir: Heç vaxt işğalla barışmayın

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İyulun 19-da Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu başladı. 52 ölkədən gəlmiş 140 media təmsilçisi, 30 informasiya agentliyi və 80 media qurumunun iştirak etdiyi forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq mühüm məqamlara toxundu. Ölkə başçısının ən yaddaqalan dialoqlarından biri isə, mənə görə, ukraynalı jurnalistlə baş tutdu. Dmitri Qordonun Prezidentə ünvanladığı sual qısa, lakin dərin məna daşıyan bir cavabla yadda qaldı:

- Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?

Prezident İlham Əliyev səmimi və qətiyyətli şəkildə cavab verdi:

- Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik.

Bu qısa cavab bir çox mənaları özündə ehtiva edir. Təkcə siyasi deyil, mənəvi və fəlsəfi çalarlara malik olan bu cavab Azərbaycan xalqının uzun illər davam edən mübarizəsinin və tarixi zəfərinin simvolik ifadəsidir. Bu, bir xalqın ləyaqətini, ədalətin təntənəsinə olan inamını, torpaq itkisinin ağrısını və onu geri qaytarmaq əzmini, ən əsası isə milli ruhun sarsılmazlığını əks etdirir.

Azərbaycanın 30 ilə yaxın işğalda qalan torpaqlarını hərbi və diplomatik gücü birləşdirərək azad etməsi beynəlxalq münaqişələr fonunda ədalətli mübarizənin real nəticə verə biləcəyini sübut etdi. Prezident Əliyevin bu cümləsi yalnız Ukraynaya deyil, həm də bütün haqsızlığa məruz qalan xalqlara ünvanlanmış bir çağırış idi. Bu, həm də bir dövlət başçısının cavabı ilə yanaşı, haqqın və ədalətin dili ilə danışan bir xalqın tarixə yazdığı mesaj, mübarizə yolu keçmiş millətin sınaqdan çıxmış təcrübəsidir. Çünki bu cümlənin arxasında Xocalının yandırılmış evləri, Ağdamın viran qalmış küçələri, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda uçuq divarların arxasında gizlənən uşaqlıq xatirələri və Şuşaya, Xocavəndə qayıdan addımların səsi dayanmışdı. Axı yurd, sadəcə, qara torpaq deyil, yurd ana nəfəsi, uşaq gülüşü, nənə, babaların dua etdiyi yerdir. Yurd, səssiz ağlayan analar, bayrağa bükülən övladlar və geri qaytarılan torpaqlarda ilk dəfə eşidilən azan səsidir. Onu tərk etmək, unutmaq, üz döndərmək olmaz. Onu itirməklə heç vaxt barışmaq olmaz. Torpaq ona vəfalı olanları sevir. Əhdə vəfa isə sadəcə xatırlamaq deyil, heç vaxt unutmamaqdır.

Mövzuya analitik aspektdən yanaşsaq, Prezident Əliyev bu cümlə ilə Ukraynaya Azərbaycan nümunəsini də xatırladaraq, yol xəritəsi təqdim etdi. Ukrayna bu gün mövcudluğunu qorumaq üçün ölüm-dirim mübarizəsi aparır. Bütün münaqişələr kimi, bu müharibə də yalnız səngərdə deyil, ruhda və şüurda da gedir. Belə məqamlarda xarici liderlərdən gələn hər söz motivasiya qaynağı və diplomatik təskinlikdir. Amma İlham Əliyevin cavabı sadəcə təskinlik yox, həm də təkandır. Bu cavabda soyuq analiz yox, isti mübarizə nəfəsi var. O nəfəs ki, bu gün Qarabağın hər qarışında ucalan bayrağımızı dalğalandırır. Bəli, tarix bir daha göstərdi ki, əgər bir xalq haqqın tərəfində dayanırsa, gec-tez ədalət zəfər çalacaq. Azərbaycan buna nümunədir və İlham Əliyev Ukraynaya bunu həm də faktı yaşayan lider kimi deyir. Çünki əgər haqq səndədirsə, mübarizə müqəddəsdir. Ona görə də bu cavab yalnız Ukraynaya deyil, bütün haqqı əlindən alınanlara, işğala məruz qalanlara, səsi kəsilmiş milyonlara ünvanlanmış bir çağırış idi.

Bu çağırış bir daha sübut etdi ki, bəzən bir cümlə də bir millətin tarixini danışmaq üçün yetərlidir:

"Heç vaxt işğalla barışmayın".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri