Harri Keyn “Tottenhem”ə qayıtma ehtimalını şərh etdi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn “Tottenhem”ə qayıtmaq məsələsinə münasibət bildirib.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, forvard hazırkı klubunda xoşbəxt olduğunu vurğulayıb:
“Qayıdacağıma əmin deyiləm. Münhendə çox xoşbəxtəm və bu barədə düşünmürəm. Amma hər zaman “Tottenhem”li olacağam. Həyatımın böyük hissəsini orada keçirmişəm, onların fanatıyam və oyunlarını izləməyə davam edəcəyəm. “Tottenhem” mənim həyatımın bir parçasıdır, amma hələlik buradakı həyatımı sevirəm. Onların bu il kuboku qazanmasını görmək də çox xoş oldu. Orada həm oyunçular, həm də inzibati heyət arasında çox dostlarım var”, – deyə Keyn bildirib.
Qeyd edək ki, Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. O, bu mövsüm Bundesliqada 11, Çempionlar Liqasında 4, DÇ-2026 seçmə mərhələsində isə 3 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















