Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatını qazan masından danışıb.
QOL.az xəbər verir ki, 33 yaşlı forvard mükafatlandırma mərasimindən sonra valideynlərinə, həyat yoldaşı Keytə və sabiq klubu "Tottenhem"ə təşəkkür edib.
“Biz futbolla yaşayır və nəfəs alırdıq. Futbola olan sevgini mənə aşıladığınız üçün sizə təşəkkür edirəm. Ana, ata, siz heç vaxt mənə təzyiq göstərmədiniz, amma həmişə daha yaxşı olmağım üçün məni ruhlandırdınız. Sizə təşəkkür edirəm, sizi sevirəm.
Keyt mənim həyat yoldaşım və ən yaxın dostumdur. Həyatımızın enişli-yoxuşlu vaxtları olub, amma sən həmişə yanımda olmusan. Mənə elə gəlirdi ki, mənim qələbə qazanmağımı özümün istədiyimdən də çox istəyirdin. Bilirəm ki, mənim arzularım sənin də arzularına çevrilib, mənim üçün çox şeydən keçmisən. Bu kubok ikimizindir. Sənə təşəkkür edirəm, səni sevirəm və bu qələbəni səninlə birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.
İngiltərəli hücumçu mükafatı aldıqdan sonra sabiq klubu “Tottenhem”ə də minnətdarlığını çatdırıb: “Təşəkkür edirəm, “Tottenhem”. 11 yaşımdan orada olmuşam. Siz olmasaydınız, indiki insan və futbolçu olmazdım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Oktyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















