Harri Keyndən Qızıl top iddiası: 73 qol hər şeyi deyir
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Bayern Münhen”in ingiltərəli ulduz futbolçusu Harri Keyn “Qızıl top” mükafatı uğrunda mübarizə və karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Demokrat.az xəbər verir ki, 33 yaşlı hücumçu “MARCA”ya müsahibəsində 2025/26 mövsümünü karyerasının ən uğurlu dönəmi adlandırıb. Harri Keyn ötən mövsüm “Bayern Münhen” və İngiltərə millisinin heyətində keçirdiyi 65 oyunda 73 qol vurub. Bu göstərici Lionel Messinin 2011/12 mövsümündəki 82 qolundan sonra ən yüksək nəticələrdən biri olub.
“Qızıl top”a layiq olub-olmadığı ilə bağlı sualı cavablandıran Harri Keyn özü haqqında danışmağı sevmədiyini bildirib. O, 73 qolluq göstəricinin artıq kifayət qədər şey söylədiyini vurğulayıb.
Futbolçu əldə etdiyi nəticədən qürur duyduğunu və bu uğurda komanda yoldaşlarının böyük rol oynadığını qeyd edib. Harri Keyn geridə qalan mövsümü həm şəxsi, həm də komanda baxımından karyerasının ən yaxşı ili kimi qiymətləndirib.
“Qızıl top”un bu il ilk dəfə Harri Keynin doğulduğu London şəhərində təqdim ediləcəyi də futbolçuya xatırladılıb. İngiltərə millisinin kapitanı bunu “bəlkə də yaxşı əlamət” kimi qəbul etdiyini deyib. Mükafat mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.
Harri Keyn bildirib ki, mükafatla bağlı müzakirələr mərasimə qədər davam edə bilər, lakin onun əsas diqqəti yeni mövsümdəki çıxışlarına yönəlib.
İngiltərəli hücumçunun qarşısında daha bir tarixi hədəf də var. Harri Keyn üçüncü dəfə Avropanın “Qızıl buts” mükafatını qazanacağı təqdirdə bu göstəricidə Lionel Messi və Kristiano Ronaldo ilə eyni sırada yer ala bilər. O, hər iki futbolçunun uzun illər öz nəslinə damğa vurduğunu və onların olduğu müzakirədə adının çəkilməsinin belə xüsusi olduğunu bildirib.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Harri Keyndən ikinci “Qızıl buts” Şəkil
19 Avqust 2026 19:31
Keyndən “Qızıl top”la bağlı qərar
15 Sentyabr 2026 20:03
Keyndən Qızıl top etirafı 100 qol da vursam...
17 Noyabr 2025 14:27
Harri Keyndən YENİ UĞUR
24 Avqust 2025 07:30
Harri Keyndən yubiley qolu
22 Mart 2025 11:39
Baxış sayı:147
Bu xəbər 19 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları