Harri Potter serialında nələr olacaq? Operator açıqladı
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Harri Potter haqqında kitabların yeni ekranlaşdırılması üzərində işləyən quruluşçu operator Adriano Qoldman serialın istehsalı ilə bağlı bəzi təfərrüatları açıqlayıb. O, bu barədə "YouTube"dakı vloqunda məlumat verib.
Kulis.az xəbər verir ki, Qoldmanın sözlərinə görə, Hoqvarts gələcək serialın ilk epizodunun sonunda görünəcək və bu, gənc sehrbazın gözü ilə təqdim edilməyəcək.
Operator həmçinin bildirib ki, birinci seriyanın əksər hissəsi maqlların dünyasında cərəyan edəcək. Hazırda layihə komandası rəng korreksiyası üzərində işləyir. Qoldman çəkiliş prosesinin daha bir xüsusiyyətini də açıqlayıb: əksər aktyorlar layihədə iştirakı dərsləri ilə birləşdirmək məcburiyyətində qaldıqları üçün çəkiliş meydançasında cəmi saat yarım qalırlar.
Yeni "Harri Potter"in 25 dekabr 2026-cı ildə onlayn yayımlanacağı məlumdur. Premyera "HBO Max" platformasında baş tutacaq.
“Hacı Qara” tamaşasının premyerası olacaq Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 İyul 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















