Icma.az
close
up
RU
Hasan Oktay: HƏMAS İsrail razılaşması bölgədə yeni siyasi reallıq yaradır

Hasan Oktay: HƏMAS İsrail razılaşması bölgədə yeni siyasi reallıq yaradır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzzə razılaşması Türkiyənin diplomatik qələbəsidir

Şarm eş-Şeyxdə aparılan və Türkiyənin də töhfə verdiyi HƏMAS–İsrail danışıqlarının Qəzzədə atəşkəslə nəticələnməsindən böyük məmnunluq duyur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan sosial media hesabında paylaşım edib.

Erdoğan qeyd edib ki, atəşkəsə təşviq göstərilməsində zəruri siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti Donald Trampın və razılaşmanın əldə olunmasında əhəmiyyətli dəstək verən Qatar və Misirə xüsusi təşəkkür edir.

"Türkiyə olaraq razılaşmanın hərfən tətbiqini yaxından izləyəcək və prosesə dəstək göstərməyə davam edəcək. Türkiyə Fələstində 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövlətinin yaradılmasına qədər bu mübarizəni davam etdirəcək",- o vurğulayıb.

Digər tərəfdən İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman məlumat yayıb ki, Türkiyə və Qətər Qəzza razılaşmasının icrasının nəzarətinə və ölənlərin cəsədlərinin axtarışına dair beynəlxalq missiyada iştirak edəcək.

“Türkiyə və Qətər beynəlxalq missiyaya qoşulacaq — razılaşmanın icrasının nəzarəti və cəsədlərin axtarışı üçün”, - Hendelman özünün Teleqram kanalında yazıb.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Türkiyə, HƏMAS məsələsində son dərəcə həssas bir diplomatik xətt yürüdərək, hər platformada Qəzzaya qarşı İsrail tərəfindən həyata keçirilən təzyiqləri sərt şəkildə tənqid edib:


"Xüsusilə Tramp və Netanyahunun BMT-nin 80-ci sessiyası çərçivəsində ABŞ-də toplanan dünya dövlətləri arasında yaratdığı ictimai rəy fonunda, Ağ Evin sahibinin İslam ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşdə Qəzzada sülhün bərqərar olunması istiqamətində müəyyən irəliləyiş əldə olunub. Tramp ilə keçirilən görüşdə 20 maddədən ibarət ilkin protokol hazırlanıb və daha sonra bu sənədin HƏMAS tərəfindən incələnməsi və təsdiqlənməsi prosesi başlayıb. Türkiyənin təşəbbüsü ilə Misirdə keçirilən toplantıda HƏMAS, ilk növbədə atəşkəs, humanitar yardım və əsirlərin mübadiləsi məsələləri üzrə ilkin razılığa gəlib. Bu axşam həmin protokolun həm HƏMAS, həm də İsrail hökuməti tərəfindən təsdiqlənərək rəsmi şəkildə qüvvəyə minməsi gözlənilir. Bundan sonrakı mərhələdə bu təşkilatın silahı yerə qoyması, Qəzzadan çıxması və Fələstin dövlətinin daha çox ön plana çıxması prosesi başlayacaq. Türkiyənin bu məsələdə 1967-ci il sərhədlərinə qayıdış və paytaxtı Şərqi Qüds olan iki dövlətli həll prinsipi ilə bağlı israrlı mövqeyi yenidən gündəmə gələcək. Bu, diplomatik baxımdan Türkiyənin son dərəcə vacib və məsuliyyətli bir mərhələyə daxil olduğunu göstərir.

HƏMAS-ın Qəzzada fəaliyyətlərinə son verməsinə paralel olaraq, İsraildə yeni seçkilərin keçirilməsi və ya Netanyahunun hökumətinin etimadını təzələməsi prosesi başlaya bilər. İsrail xalqının bundan sonrakı mərhələdə Netanyahudan uzaqlaşıb yeni bir hökumətlə yoluna davam etmə istəyi, Yaxın Şərqdə qüvvələr balansının yenidən formalaşmasına, eləcə də Qəzza məsələsində bu dövlətin beynəlxalq imicinin bərpasına xidmət edə bilər".



Analitik vurğulayıb ki, bu məsələdə Ankaranın mövqeyi açıq və qətidir:

"Qəzza xalqına qarşı tətbiq olunan embarqonun dərhal aradan qaldırılması, humanitar əsaslarla yardımların bölgəyə tez bir zamanda çatdırılması Türkiyə üçün son dərəcə önəm daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri