Hasan Oktayın manipulyasiya şəbəkəsi Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qafqaz regionu uzun illərdir ki, regional və qlobal güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi məkandır. Bu məkanda fəaliyyət göstərən bəzi beyin mərkəzləri və analitiklər obyektiv təhlillərlə deyil, pərdəarxası siyasi manipulyasiyalar və fərqli qütblərə xidmət edən “ikitərəfli” fəaliyyətlərlə gündəmə gəlirlər. Bu qəbildən olan fiqurlardan biri də özünü “türk milliyyətçisi” kimi təqdim edən, lakin pərdəarxası bəyanatları ilə tamamilə fərqli regional maraqların ruporuna çevrilən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktaydır.
Milliyyətçilik maskası altında anti-Azərbaycan fəaliyyəti
1964-cü il təvəllüdlü, İstanbul Universitetinin Tarix fakültəsinin məzunu olan və akademik karyerasını müxtəlif platformalarda davam etdirən Hasan Oktay, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) iki dəfə millət vəkilliyinə namizəd olmaqla öz ətrafında güclü “türk milliyyətçisi” imici formalaşdırmağa çalışıb. Lakin onun 2008-ci ildə təsis etdiyi KAFKASSAM-ın fəaliyyət coğrafiyası və şəxsən özünün apardığı informasiya siyasəti ciddi suallar doğurur. Baş ofisi Ankarada yerləşən mərkəzin Bakı ilə yanaşı İrəvan, Tehran (Təbriz), Moskva və Şimali Qafqaz respublikalarında nümayəndəliklərinin olması, Oktayın Ermənistan, İran və Rusiyadakı müəyyən dairələrlə sıx və şübhəli əlaqələr qurması bu sualları daha da artırır.
Açıq mənbələrin və media çıxışlarının təhlili göstərir ki, Hasan Oktayın Azərbaycan dövlətinə və onun milli maraqlarına münasibəti açıq-aşkar ikiüzlü və qeyri-səmimi xarakter daşıyır. O, Azərbaycandan kənarda, xüsusilə radikal müxalifət mühitində və xarici anti-Azərbaycan şəbəkələrində dövlətimizin apardığı xarici siyasəti, Zəngəzur dəhlizi layihəsini və dövlət başçısını hədəf alan qəbuledilməz bəyanatlarla çıxış edir.
Radikal müxalifətlə tərəfdaşlıq və regional manipulyasiyalar
Hasan Oktayın fəaliyyətinin ən diqqətçəkən tərəfi onun Azərbaycanın radikal müxalifət nümayəndələri - Əli Kərimli, Qənimət Zahid, Cəmil Həsənli və Fuad Qəhrəmanlı ilə qurduğu sıx dostluq və əməkdaşlıq əlaqələridir. Bu şəxslərin yazıları mütəmadi olaraq KAFKASSAM-ın rəsmi veb-səhifəsində işıqlandırılır.
Oktay dövlət əleyhinə fəaliyyət göstərən media resurslarında çıxış edərək regional prosesləri tamamilə Azərbaycanın maraqlarına zidd şəkildə şərh edir. Məsələn, onun 6 noyabr 2026-cı il tarixində Qənimət Zahidin “Azərbaycan Saatı” “YouTube” kanalına verdiyi müsahibə dövlətimizə qarşı qərəzini tam çılpaqlığı ilə ortaya qoyub. Həmin müsahibədə Oktay Azərbaycan-İsrail münasibətlərini “Əliyev-Netanyahu ittifaqı” adlandıraraq manipulyasiya etməyə çalışıb, İsrail üzərindən “Türkiyəyə təzyiq olunduğunu” iddia edərək Bakı ilə Ankara arasındakı strateji müttəfiqliyə kölgə salmağa cəhd göstərib, Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyünü irəli sürərək regionda tamamilə İranın rəsmi tezislərini və mövqeyini müdafiə edib.
Əslində, onun bu cür qərəzli mövqeyi sürpriz deyil. Hələ 2009-cu ildə Oktay rəsmi Bakının siyasətinin Kreml tərəfindən idarə olunduğu və “qızışdırıldığını” iddia edirdi. Növbəti rüsvayçı fakt isə 2013-cü ilin dekabrında İstanbulda keçirilən “Xəzərdən Qara dənizə – strateji baxış” simpoziumunda qeydə alınmışdı. Həmin tədbirdə və ondan sonra mediada çıxışlarında Oktay açıq şəkildə Azərbaycanı Türkiyə-Ermənistan yaxınlaşmasına mane olmaqda ittiham etmiş, ölkəmizi “yarıdiktatura” adlandıraraq bu “rejimin” Qarabağı qaytarmasını “qeyri-mümkün” adlandırmışdı.
13 aprel 2021-ci ildə isə onun rəsmi sosial media hesabında Ermənistanın Zəngəzur bölgəsindən foto paylaşaraq Azərbaycan Prezidentinin regional siyasətini lağedici tonda şərh etməsi də yaddaşlardadır.
Bakı efirlərindəki loyal maska: Medianın “ekspert” tələsi
Hasan Oktayın fəaliyyətinin növbəti və ən təhlükəli istiqaməti onun Azərbaycan daxilindəki media resurslarında özünə qurduğu loyal və pozitiv “dost” imicidir. Xaricdə dövlətimizə qarşı çıxış edən bu şəxs, Bakıya gəldikdə və ya Azərbaycan mediasına müsahibə verdikdə tamamilə fərqli bir maska geyinir. O, Azərbaycan mediasının xarici ekspert qıtlığından və özünün “milliyyətçi” profilindən istifadə edərək ayrı-ayrı TV və saytlara çıxır, tamamilə loyal, Azərbaycanpərəst və pozitiv şərhlərlə yerli auditoriyanı çaşdırmağa çalışır.
Mərkəzin strukturuna diqqət yetirdikdə bəzi azərbaycanlı politoloq və ekspertlərin də KAFKASSAM-ın əməkdaşları və ya tərəfdaşları siyahısında yer aldığı görünür. Eyni zamanda Hasan Oktayın Azərbaycanın tanınmış media nümayəndələri və ictimai xadimləri ilə yaxşı əlaqələrə malik olması onun ölkə daxilindəki informasiya rıçaqlarının nə qədər geniş olduğunu göstərir.
Hasan Oktay və onun rəhbərlik etdiyi KAFKASSAM nümunəsi, regional geosiyasi oyunda beyin mərkəzlərinin necə ikitərəfli silah kimi istifadə oluna biləcəyinin bariz nümunəsidir. Bakıda rəsmi dairələrə və mediaya gülümsəyərək “türk qardaşlığı”ndan dəm vuran, xaricdə və radikal platformalarda isə İran və Ermənistanın regional maraqlarına xidmət edən bəyanatlarla Azərbaycan dövlətini hədəf alan bu cür fiqurlara qarşı yerli media qurumları və analitik mühit son dərəcə diqqətli və sayıq olmalıdır. Bu, həm də Azərbaycanın informasiya təhlükəsizliyinin qorunması baxımından olduqca zəruridir.
Nigar Süleymanova








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















