Icma.az
close
up
RU
Hatayda Son Antik dövrə aid mozaika TAPILDI

Hatayda Son Antik dövrə aid mozaika TAPILDI

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Hatay vilayətində 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ zamanı dağılan binanın yerində aparılan qazıntılar zamanı Son Antik dövrə aid döşəmə mozaikası tapılıb.

Qazıntı aparılan Antakya rayonunun Maşuklu məhəlləsində tapılan tarixi mozaika üslubuna görə fərqlənir. Zəlzələdən sonra dağıntılar təmizlənib və ərazidə yenidənqurma məqsədilə tikinti işlərinə başlanılıb. Lakin binanın təməli üçün aparılan qazıntılar zamanı mozaika ilə örtülü sahə aşkar edildikdən sonra tikinti işləri dərhal dayandırılıb.

Bunun ardınca Hatay Arxeologiya Muzeyinin rəhbərliyi altında ərazidə xilasetmə qazıntılarına start verilib. Mart ayından etibarən aparılan qazıntılar nəticəsində üç fərqli sahədə döşəmə mozaikaları üzə çıxarılıb.

Arxeoloqların məlumatına görə, tapılan mozaika eramızın V–VI əsrlərinə (Son Antik dövr) aiddir. Uzunluğu 17,5 metr olan mozaika həndəsi naxışlarla bəzədilib və üzərində yunan dilində yazılar yer alır.

Qazıntı işlərinə rəhbərlik edən arxeoloq Ozan Demir bildirib ki, araşdırmalar iki arxeoloq və səkkiz işçinin iştirakı ilə davam etdirilir. Onun sözlərinə görə, mozaika tək parça halındadır və üzərində dövri bərpa izləri müşahidə olunur.

“Mozaikanın 2026-cı ildə muzeyə köçürülməsi planlaşdırılır. Memarlıq quruluşunu daha yaxşı anlamaq və arxeoloji məlumatları tam üzə çıxarmaq üçün ərazinin digər hissələrində də qazıntılar davam edəcək. Bu cür mozaikalar adətən adi yaşayış evlərində rast gəlinmir, bu da burada yüksək statuslu bir şəxsin yaşadığını göstərir”, – deyə Ozan Demir qeyd edib.

Arxeoloq Mert Nalbantoğlu isə mozaikanın bu qədər yaxşı qorunub saxlanılmasının və üzərində yazının olmasının elmi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, əsas mozaikadan əlavə, ərazidə aşkar edilmiş digər iki mozaika üzərində də tədqiqatlar aparılacaq.

Qeyd edək ki, Hatay bölgəsi zəngin tarixi və arxeoloji irsi ilə tanınır və bu tapıntı regionun qədim dövrlərdəki mədəni həyatına dair yeni məlumatlar əldə etməyə imkan verəcək.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri