Hatayda zəlzələdən sonra yaranan dəhşətli görüntü
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə "əsrin fəlakəti" adını alan güclü zəlzələnin izləri hələ də özünü göstərməyə davam edir. Belə ki, bu yaxınlarda Hatay vilayətinin Defne rayonunda iki yerə bölünən 18 hektarlıq tarla müəyyən olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakin Süleyman Öztürkə məxsus ərazidə yaranan çat zəlzələdən xeyli müddət sonra əhali tərəfindən aşkarlanıb.
Bildirilir ki, yarığın eni 3 metr, dərinliyi isə 4 metrə çatır.
Qonşularının xəbərdarlığından sonra tarlasındakı nəhəng yarığı görən Süleyman Öztürk şoka düşdüyünü bildirib.
"Yarılan yerdə elə bil ki, sağında və solunda divarlar var. Hətta bir nar ağacı belə bu yarığa düşərək havada asılı qalıb. Bunu görən hər kəsin tükləri biz-biz olur", - deyə o hisslərini bölüşüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















