Hava ilə bağlı son məlumat
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avqustun 9-u axşam saatlarından etibarən Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir şimşək çaxır, yağış yağır.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli olub. Ən çox yağıntı Gədəbəydə (17 mm) və Daşkəsəndə (14 mm) qeydə alınıb.
Ağstafa və Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ və Naftalanda isə 1 mm yağıntı düşüb.
Bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakı və Abşeron yarımadası, eləcə də Sədərəkdə 15 m/s təşkil edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan Muxtar Respublikasında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək yüksəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:76
Bu xəbər 10 Avqust 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















