Hava Limanında təxliyə elan edilib
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.
Buna səbəb hava limanına bomba qoyulması ilə bağlı xəbərin daxil olmasıdır.
Hava limanından uçuşların müvəqqəti təxirə salındığı bildirilir.
Sərnişinlərdən səsgücləndiricilər vasitəsilə gözləmə zalını tərk etmələri istənilib.
Gürcüstan DTX-nın mətbuat xidməti təxliyənin təhlükəsizlik protokolu ilə əlaqəli olduğunu açıqlayıb.
İnsidentlə bağlı ölkənin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti hələki əlavə açıqlama verməyib./APA

Hava limanında həyəcan: sərnişinlər təxliyə edildi VİDEO
10 Yanvar 2025 12:07
Britaniya hava limanında təhlükə: Sərnişinlər təxliyə edildilər
22 Noyabr 2024 19:36
Britaniya hava limanında təhlükə: Sərnişinlər təxliyə edildilər (VİDEO)
22 Noyabr 2024 19:56
Tbilisi Beynəlxalq Hava Limanında gərginlik Sərnişinlər təxliyə edildi
28 Fevral 2025 22:36
