Icma.az
close
up
RU
Hava niyə qeyri sabitdir? Ekoloq səbəbləri açıqladı

Hava niyə qeyri sabitdir? Ekoloq səbəbləri açıqladı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müşahidə olunan kəskin və qeyri-sabit hava dəyişiklikləri, ani temperatur fərqləri, intensiv yağıntılar və uzunmüddətli quraqlıq dövrləri iqlimlə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bu proseslərin qlobal iqlim dəyişiklikləri ilə əlaqəsi və onların Azərbaycan üçün mümkün uzunmüddətli təsirləri əsas diqqət mərkəzindədir və bu dəyişikliklərin gələcəkdə ekoloji, iqtisadi və sosial sahələrə necə təsir göstərəcəyi ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, müşahidə olunan meteoroloji dəyişikliklər, havanın tez-tez dəyişməsi, intensiv yağışların yağması, ardınca quraqlığın baş verməsi, kəskin küləklərin olması və temperaturun tez-tez dəyişməsi iqlim dəyişmələrinin birbaşa təsiridir. 
"Bildiyimizə görə, son qiymətləndirmələrə əsasən orta temperaturda təxminən 1,5 dərəcə Selsi artım baş verib. Bu artım həm istiləşmə, həm də müəyyən hallarda soyuqlaşma mühiti yaradır. Temperaturun yüksəlməsi nəticəsində bəzi buzlaqlarda ərimə müşahidə olunur, eyni zamanda kəskin küləklərin və intensiv yağıntıların sayı artır. Bu proseslər bir sıra fəsadlarla müşayiət olunur. Məsələn, uzunmüddətli və intensiv yağışlar insanların həyatına, təsərrüfat fəaliyyətinə, yol və digər infrastruktura ciddi ziyan vurur, əkin sahələrini məhv edir. Havanın kəskin dəyişməsi isə bitkilərin və ağacların inkişafını ləngidir".
Ekoloq bildirib ki, bütün bunlar artıq qlobal iqlim dəyişmələrinin real nəticələridir və biz bu proseslərlə üz-üzəyik. 
"Bu istiqamətdə hər il keçirilən iqlim konfransları, COP iclasları çərçivəsində müxtəlif öhdəliklər müəyyən olunur, yanacaq istehlakının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Lakin buna baxmayaraq, bu keçid hələ tam şəkildə baş verməyib və nəticələr yetərincə hiss olunmur. Digər tərəfdən, regionda baş verən müharibələr, partlayışlar, raket atışları da müəyyən dərəcədə iqlimə təsir göstərə bilir. Bununla yanaşı, iqlim dəyişmələri Arktik soyuq hava kütlələrinin intensivləşməsi və Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri ilə toqquşması nəticəsində də özünü göstərir. Bu şəraitdə əsas məsələ iqlim dəyişmələrinə uyğunlaşmaqdır".
Onun sözlərinə görə, artıq bu dəyişikliklərə adaptasiya tədbirləri ön plana çıxır. 
"Ölkə Prezidentinin imzaladığı son sərəncamla daşqın və sellərin qarşısının alınması, infrastrukturun təkmilləşdirilməsi və yağış sularının idarə olunması məqsədilə maliyyə vəsaiti ayrılıb. Bu layihələrin həyata keçirilməsi yaxın zamanda ölkənin bu cür kəskin iqlim dəyişikliklərinə hazırlığını artıracaq. Əvvəllər daha çox qabaqlayıcı, yəni mitigasiya tədbirləri ön planda idi. Lakin hazırda artıq baş vermiş dəyişikliklərə uyğunlaşma, adaptasiya tədbirləri daha aktualdır. Hesab olunur ki, qəbul edilən yeni qərarlar bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsinə töhfə verəcək".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri