Icma.az
close
up
RU
Apreldə 1 metr qar yağması normaldır? Ekoloq səbəbləri açıqladı

Apreldə 1 metr qar yağması normaldır? Ekoloq səbəbləri açıqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gecə Azərbaycanın bir sıra rayonlarına qar yağıb. Dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib. Məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.
Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, bu, hər nə qədər qeyri-adi görünsə də, aprel ayında belə hallara rast gəlinir:
“Soyuq hava kütlələri daxil olduqda və yağıntı ilə müşayiət olunduqda, temperaturun aşağı düşməsi nəticəsində bahar aylarında belə qar və ya sulu qar müşahidə edilə bilər. Bunu qətiyyən iqlim dəyişikliyi ilə əlaqələndirmirəm. Bu, təbiətdə zaman-zaman baş verən hadisələrdəndir. Məsələn, Sahara səhrasına belə qar yağdığı hallar olub. Azərbaycanda may ayında qar yağması ilə bağlı arxiv faktlar mövcuddur. Bu baxımdan, vəziyyəti faciəvi qiymətləndirməyə ehtiyac yoxdur. Əsas məsələ odur ki, bu cür yağıntılar meyvə-tərəvəzə ciddi zərər verməsin”. 
O qeyd edib ki, dağlıq ərazilərdə isə adətən belə zərər müşahidə olunmur:
Həmçinin oxu:
Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər
Ən ağıllı kişilər bu bürcdə doğulurlar
'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olur
“Hazırda bəzi yerlərdə badam, alça və ərik ağacları çiçəkləməyə başlayıb. Bunun xaricində nə ekosistemə, nə də ümumi təbiətə ciddi təsir yoxdur. Əksinə, qarın yağması su ehtiyatlarının artmasına səbəb olur. Əlbəttə, bu yağıntıların qış aylarında düşməsi daha məqsədəuyğun olardı. Amma belə hallarda yazın gəlişində müəyyən gecikmələr mümkündür. Ümumilikdə isə bunlar təbii proseslərdir və anomal hadisə kimi qiymətləndirilməməlidir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri