Bugünkü hava qeyri adi təbiət hadisəsidir Ekoloq
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Günəşli havada dumanın yayılması anomal hadisədir"
Bu barədə Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev bu gün səhər saatlarında Bakı və bəzi ətraf rayonlarda müşahidə olunan dumanlı hava kütləsindən danışarkən deyib.
Ekoloq bu günə kimi belə hava ilə rastlaşmadığını vurğulayıb:
"Bunun başında dayanan insan faktorudur. İnsanlar atmosferi həddindən artıq çirkləndirir, nəticədə belə anomal hadisələr baş verir. Gün çıxanda havada duman olmur. Duman ancaq çiskinli, nəmli havada baş verir. Bu gün hər ikisinin olması qeyri-adi təbiət hadisəsidir".
Ekoloqun sözlərinə görə, insanların atmosferi çirkləndirməsi qeyri-adi anomal fəsadlara gətirib çıxardır:
"Gələcəkdə elə hadisələr ola bilər ki, əlimiz üzümüzdə qalsın. Bu mütləq araşdırılmalıdır".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















