Icma.az
close
up
RU
Hava şəraiti niyə tez tez dəyişir?

Hava şəraiti niyə tez tez dəyişir?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.

Trend-ə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir:

"Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər”.

Professor bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır:

"Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.

Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.

H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir:

"Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri