Icma.az
close
up
RU
Payızda isti havanın orqanizmimizə hansı mənfi təsirləri var? Terapevtdən XƏBƏRDARLIQ

Payızda isti havanın orqanizmimizə hansı mənfi təsirləri var? Terapevtdən XƏBƏRDARLIQ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Payızın sonlarında olmağımıza baxmayaraq, havanın temperaturu hələ də yüksəkdir. Bir növ payızda “yaz havası” müşahidə edirik.

Mövsümlərin gecikməsi və havanın fəsilə uyğun keçməməsi insan orqanizminə, xüsusilə də immun sisteminə müəyyən təsirlər göstərə bilər.

Bəs bu cür havalar sağlamlığımıza hansı riskləri yaradır və özünüzü bu təhlükədən necə qoruya bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən mütəxəssis-ekspert, terapevt Zakir Quliyev bildirib ki, mövsümlərin gecikməsi və havanın adi dövrlərə nisbətən daha isti keçməsi insan immunitetinə birbaşa və dolaylı təsir göstərir.

Onun sözlərinə görə, təbii mövsüm dəyişikliyi orqanizmin ritmini tənzimləyən əsas faktorlardan biridir. Temperatur və rütubət normadan kənara çıxdıqda isə bu ritm pozularaq immun sisteminin zəifləməsinə, allergik reaksiyaların artmasına və mikroblara qarşı həssaslığın yüksəlməsinə səbəb ola bilər.

“Məsələn, isti qış aylarında virus və bakteriyalar daha uzun müddət aktiv qalır, havada nəmliyin dəyişməsi tənəffüs yollarının müdafiə qatını zəiflədir, nəticədə soyuqdəymə və qrip daha asan yayılır”.

Bundan başqa, dəyişkən havanın psixoloji gərginlik və yuxu rejiminə problem yarada biləcəyindən danışan terapevt bunun hormonal balansa da təsir etdiyini qeyd edib.

“Bu da immunitetin əlavə zəifləməsinə gətirib çıxarır. Allergiyadan əziyyət çəkən insanlar üçün də risk artır, çünki mövsümlərin sürüşməsi bitkilərin çiçəklənmə dövrlərini dəyişdirir və allergenlərin havada qalma müddətini uzadır”, - deyə Z.Quliyev bildirib.

Zakir Quliyev: Havanın dəyişkənliyi nəzərə alınaraq geyim seçimi diqqətlə edilməli, bədən nə çox isti, nə də çox soyuq qalmalıdır

Mütəxəssis deyib ki, əsas tədbirlər immun sistemini gücləndirməkdən, düzgün qidalanmaqdan və stabil gündəlik rejimi qorumaqdan keçir:

“D vitamini çatışmazlığı daha çox rast gəlinə bildiyi üçün həkim məsləhəti ilə vitamin dəstəyi almaq faydalı ola bilər. Havanın dəyişkənliyi nəzərə alınaraq geyim seçimi diqqətlə edilməli, bədən nə çox isti, nə də çox soyuq qalmalıdır. Rütubətli və isti havalarda qapalı məkanların tez-tez havalandırılması, kif və bakteriya yığılmasının qarşısını almaq üçün əhəmiyyətlidir. Eyni zamanda su qəbulu artırılmalı, müntəzəm yuxu və fiziki aktivlik qorunmalıdır”.

Müsahibimiz bu tədbirlərin dəyişən iqlim şəraitində sağlamlığı daha etibarlı şəkildə qorumağa kömək edəcəyini deyib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri