Hayduk a vurduğum qolu çətin günlər keçirən həmvətənlərimə həsr edirəm
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Zirə”nin futbolçusu İssa Cibrila Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la (Split) cavab görüşü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
QOL.az xəbər verir ki, oyunda (1:2) yeganə qolu vuran nigerli vinger bunu çətin günlər keçirən həmvətənlərinə həsr etdiyini yazıb:
"Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu. Biz mübarizə apardıq və çox çalışdıq, amma futbolun öz qaydaları var. Bəli, biz məyusuq. Lakin əldə etdiyimiz inkişafa görə fəxr edirik. Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə təxirə salınmadır!”.
Xatırladaq ki, Bakıdakı görüşdə rəqibi ilə 1:1 heç-heçə edən "Zirə" səfərdəki cavab matçında 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Avqust 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















