Icma.az
close
up
RU
Haymorit və onun təhlükəli fəsadları

Haymorit və onun təhlükəli fəsadları

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Haymor cibləri - əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.

Haymor ciblərinin daxili sümük divarları selikli qişa ilə örtülmüşdür. Burada əmələ gələn selik keçəcəklər vasitəsilə burun boşluğuna ifraz olunur. Həmin seliklə birlikdə haymor cibindən mikroorganizmlər, toz və s. xaric edilir.

Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Bu proseslərin nəticəsində buraya oksigenin daxil olması da çətinləşir. Beləliklə, patogen mikrobların inkişafı üçün münbit şərait yaranır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Xəstəliyin törədicilərinin ifraz etdiyi toksinlərin qana işləməsi organizmin ümumi intoksikasiyası simptomlarını əmələ gətirir – baş ağrısı, iştahasızlıq, halsızlıq.

Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.

Unutmamalıyıq ki, haymor cibləri baş beyin və gözlərlə bilavasitə qonşuluqda yerləşir. Buna görə də infeksiyanın yayılması nəticəsində meningit (beyin qişalarının iltihabı) və meningoensefalit (həm qişa, həm beyin toxumasının iltihabı) kimi təhlükəli halların baş verməsi istisna olunmur. Haymoritin daha çox rast gəlinən fəsadlaşması isə gözün iltihabıdır. Bu hal özünü göz qapağının şişməsi və qızarması, gözün ağrıması, bəzən bərəlməsi ilə büruzə verir.

Xroniki haymoritin fəsadlaşmalarından tez-tez baş verən faringit, tonzillit, larinqit (müvafiq olaraq, udlaq, badamcıqlar və qırtlaq iltihabı), dişlərin düşməsi və hətta əng sümüyünün osteomiyelitini (sümüklərin irinli iltihabını) qeyd etmək olar. Haymoritin əlamətlərindən olan xroniki zökəm burunun selikli qişasının atrofiyasına səbəb olur və nəticədə iybilmə qabiliyyəti zəifləyir və ya tamam itir. Kəskin haymorit üçlü sinirin nevritinə (iltihabına) və buna xas olan şiddətli sifət ağrılarına səbəb ola bilər.

Haymoritin simptomları

Kəskin və xroniki haymoritin əlamətləri fərqlidir.

Kəskin haymorit həm müstəqil bir patologiya, həm də digər xəstəliklərin (zökəm, angina, qrip və s.) fəsadlaşması ola bilər. Xəstəliyin kəskin forması zamanı bədənin temperaturu artır, üşütmə, almacıq sümüyü, burun, alın və ya gözaltı nahiyədə ağrı, burun tənəffüsünün çətinləşməsi qeyd edilir. Ağrılı yerlərə basma və hətta toxunma zamanı ağrı arta bilər. Bəzən ağrı gicgah nahiyəsinə dək yayılır və ya üzün yarısını əhatə edir. Haymoritin daha bir simptomu baş ağrısıdır - haymorit birtərəfli olarsa, baş ağrısı da müvafiq olaraq bir tərəfli olur. Burundan yaşıl və ya sarı seliyin gəlməsi də haymoritin əlamətlərindəndir. Bəzən isə haymor cibinin burun boşluğuna açılan keçəcəyi iltihab nəticəsində daralmış olur və həmin selik haymor cibindən xaric ola bilmir. Haymor cibində inkişaf edən mikrobların toksinləri organizmdə intoksikasiya (zəhərlənmə) əlamətlərini əmələ gətirir – xəstə halsızlaşır.

Kliniki təzahürü bundan çox fərqlənən xroniki haymorit tez-tez digər xəstəliklərlə səhv salınır. Xəstəliyin bu forması zamanı gözaltı nahiyədə arabir küt ağrılar, burunun tutulması (çox vaxt birtərəfli), xroniki konyuktivit (gözlərin selikli qişasının iltihabı), baş ağrısı müşahidə olunur. Xəstə uzanarkən baş ağrısının azalması – xroniki haymoritin xüsusiyyətlərindəndir, bu da haymor cibində irinin yerini dəyişməsi ilə bağlıdır. Xroniki haymoritə xas olan daha bir simptom – gecələr baş verən öskürəkdir. Həmin öskürəyin səbəbi haymor cibindən ifraz olunan irinin udlağı qıcıqlandırmasıdır. Bu səbəb aşkar olunmadıqda, xəstənin uzun müddət xroniki öskurəyə qarşı qəbul etdiyi müalicə effektsiz olur.

Haymoritin səbəbləri

- Əsas səbəb – virus və bakteriya mənşəli xəstəliklərdir. Bu törədicilər əksər insanların selikli qişalarında mövcuddur, lakin sağlam insanın immun sistemi onların çoxunu zərərsizləşdirir. Xəstə və zəifləmiş insanın organizmində isə mikrobların artmasına imkan yaranır və haymorit də bunun nəticələrindəndir. Törədicilər arasında qrip virusları, xlamidiya, mikoplazma və göbələkləri də qeyd edə bilərik.

- LOR orqanlarının (yəni, boğaz, burun, qulaq) xəstəlikləri. Kəskin və ya xroniki zökəm nəticəsində haymor cibinin keçəcəyinin iltihablaşaraq daralması, seliyin xaric olmasına maneə yaranması və haymoritin inkişafı mümkündür. Angina və farinqit də bu xəstəliyə səbəb ola bilər - boğaz, ağız və burun boşluqları biri birinə sıx bağlı olan orqanlardır. Bütün bu xəstəlikləri diqqətdən qaçırmayıb, ciddi müalicə olunmaq lazımdır!

- Burun çəpərinin patoloji əyriliyi nəticəsində həm seliyin ifraz olunması, həm də haymor cibinə havanın keçməsi çətinləşir. Bu səbəbə görə əmələ gələn haymorit illərlə davam edir və çətinliklə müalicə olunur. Çıxış yolu isə haymoritin müalicəsi ilə yanaşı əsas səbəbin də aradan qaldırılmasıdır – burun çəpərinin cərrahi yolla düzəldilməsi.

- Diş xəstəlikləri (kariyes, pulpit, periodontit). Buradan infeksiyanın haymor cibinə yayılma ehtimalı yüksəkdir. Xüsusən yuxarı dişlərin xəstəlikləri təhlükəlidir – bunların kökləri bəzən hətta haymor cibinə çatır.

- Müxtəlif allergenlər (toz, qida maddələri, ev heyvanları və s.). Haymoritin bu forması xüsusilə allergiyalı insanlar üçün aktualdır.

- Adenoid (artıq burun əti) həm xəstəlik törədən mikrob mənbəyi, həm də burun daxilində havanın normal dövr etməsinə maneədir. Adenoid səbəbi ilə haymoritin inkişafına daha çox uşaqlarda rast gəlinir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri