Icma.az
close
up
RU
Hazır “Neftçi”, formalaşmamış “Sumqayıt”

Hazır “Neftçi”, formalaşmamış “Sumqayıt”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasına qələbə ilə başladı. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv I turda “Sumqayıt” səfərindən üç xalla döndü – 3:1.

Paytaxt təmsilçisi meydanda daha hazır tərəf kimi göründü. Mövsümə tez başlayan “ağ-qaralar” ilk hissədə vurduğu iki qolla oyunun taleyini erkən həll etdi. Fasilədən sonra yenə fərqlənən və rəqibin müqavimətini qıran “Neftçi” bundan əlavə bir neçə yaxşı imkan yaxalasa da, fərqi artıra bilmədi.

“Sumqayıt” qollardan birinin əvəzini çıxdı. Amma sonra kapitan Səbuhi Abdullazadənin yersiz qırmızı vərəqə alması komandanı çətin vəziyyətdə qoydu. “Kimyaçılar” azlıqda olmasına baxmayaraq, 1:3-dən sonra daha çox irəli atılan tərəf idi. “Neftçi” isə öz növbəsində əks-hücumlarda şanslarını gözlədi. Yaxşı fürsət də yarandı, ama “çərçivəni” dəqiq nişan almaq mümkün olmadı.

“Sumqayıt” yeni baş məşqçi Filipe Kandidonun rəhbərliyi altında formalaşmaqdadır. Bəzi mövqelərdə hələ də çatışmazlıqlar var. Bundan əlavə, komandanın fiziki durumu da yaxşı deyil. “Kimyaçılar” “Neftçi”yə qarşı demək olar ki, bütün ikili mübarizələrdən məğlub ayrıldı. Nəticəyə baxmayaraq, Kandido nikbindir. O, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəklərinə tam inanır.

“Neftçi” isə qələbəyə rəğmən, bəzi məqamlarda arxayınlaşdığı üçün cəzalana bilərdi. 3:1-dən sonra “Sumqayıt” daha bir real şans yaratdı. Meydan sahibləri ikinci qolu da vursaydılar, “ağ-qaralar” ciddi təzyiqlə üzləşəcəkdi. Lakin tale üzlərinə güldü, bunlar baş vermədi.

“Neftçi” mövsümə arzuladığı kimi başladı. “Sumqayıt” isə sanki nəticəni əvvəldən gözləyirdi və şübhəsiz ki, bu məğlubiyyət komandada təzyiq yaratmayacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Avqust 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri