Icma.az
close
up
RU
Hazırda bizdə yaxşı gənc futbolçuların sayı çox deyi

Hazırda bizdə yaxşı gənc futbolçuların sayı çox deyi

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

2-ci hissə

Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatdı. 36 turun matçları həm də rəngarəng məqamlarla diqqət çəkdi. 2024/25 mövsümü ərzində Premyer Liqa komandalarının heyətində yeni adlarla qarşılaşdıq. Söhbət azərbaycanlı gənc futbolçulardan gedir. 

Azərbaycan futbolunda ciddi oyunçu çatışmazlığını nəzərə alsaq, gənc futbolçuların Premyer Liqada debütünü, oyun şansı almağını görmək əlbəttə ki, futbol ictimaiyyətini sevindirir. 

Bugünkü mövzumuz da Misli Premyer Liqasının 2024/25 mövsümündə Premyer Liqada üzə çıxan gənclərimizə həsr olunub. 

Həmsöhbətimiz, Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov mövzu haqda fikirlərini bölüşüb.

Mütəxəssis gənc futbolçuların ortaya çıxmağı üçün onların məşqçilərlə birgə işləməli olduqlarını söyləyib: "Meydana çıxan gənclərimiz oldu. Amma mütəmadi oynamadılar. Gənc futbolçunun davamlı oynamağı üçün həm özünün, həm də məşqçinin birgə əməyi olmalıdır. Futbolçunun psxiologiyası burada böyük rol oynayır. Gənc futbolçunu hazırlamaq vaxt aparır. Çempionatımızda ilk 4 pillə uğrunda mübarizə aparmayan klublar əksər hallarda cavanlara şans verirlər. Məlum məsələdir ki, gənclərlə nəticə qazanmaq çətindir. Amma cavanlara şans vermək, onları hazırlaşdırmaq əlbəttə ki, yaxşıdır. Məşqçi amili də böyük rol oynayır. Gənc futbolçunun özü də get-gedə artırmalıdır. Hal-hazırda bizdə güclü gənclər çox deyil. Az oyun şansı qazanırlar".

A.Mircavadov gənc futbolçuların oyununun onu qane etmədiyini deyib: "Gənclər var, amma mənim istədiyim səviyyədə deyillər. Ola bilər ki, hansısa futbolçu bir oyunda çıxır, fərqlənir. Bu, başqa məsələdir. "Sabah" Xəyal Əliyevi hazırladı, milli səviyyəsinə qədər gətirdi. Amma gəlin belə düşünək ki, Xəyal yığmada necə oynayır? Samir Abasov Ağadadaş Salyanskiyə tez-tez şans verdi. İnanır, ona görə meydana buraxır. Məşqçi futbolçuya inanmalıdır. Çox qəribə haldır... La Liqaya baxırsan, klublardakı gənc futbolçular çox seçilirlər. Bizdə futbolçuların keyfiyyətlərini ortaya çıxartmaq lazımdır. Bu da məşqçilərin işidir. Gənc futbolçular nadir hallarda stabil çıxış edirlər. Bizim gənclərlə İspaniyanın cavan futbolçuları arasındakı fərq həddindən artıq böyükdür. Dünya görüşü, oyunu oxumaq, meydanda öz güclü qabiliyyətlərini göstərmək..."

A.Miecvadov vurğulayıb ki, legioner limitinin aradan qaldırması gənclərə mane ola bilər: "Gənclərə inanmaq və onların üzərlərində işləmək lazımdır. Klublar qarşılarına hədəf qoymalıdırlar ki, biz azərbaycanlı uşaqları inkişaf etdirməliyik. Xarici klublar bu işə artıq biznes kimi baxırlar. Futbolçuları yetişdirirlər, satırlar. Futbolçu məhsuldur də. Bəs bizim məhsulumuza xaricdə ehtiyac var? Limit olmayacaq. Cavanlar harada oynayacaqlar? Onlara ehtyac olacaqmı? Bir qapını bağıayanda o birini açmaq lazımdır. Mən limitin ləğvinin tərəfdarı deyiləm. Çünki biz o səviyyəyə çatmamışıq. Aşağı yaş qruplarından ibarət komandaları inkişaf etdirsəydik, qarşıdakı hansısa ildə limiti ləğv edə bilərdik. İndiki halda gənclərin şans qazanıb-qazanmayacağı sual altındadır".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri