Icma.az
close
up
RU
Əlaqələrimiz hazırda çox yüksək səviyyədədir...

Əlaqələrimiz hazırda çox yüksək səviyyədədir...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sahibə Qafarova: Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir

Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.

SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, mətbuat konfransında çıxış edən Numan Kurtulmuş bu səfərin parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, həmçinin ölkələrimizin liderliyi ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib. O, Azərbaycanın bu istiqamətdə atdığı addımları tarixi addımlar kimi qiymətləndirib.

N.Kurtulmuş Vətən müharibəsində və antiterror əməliyyatları nəticəsində qazanılan tarixi zəfərlərdən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyib, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə çıxışında hər səfərində qardaş Türkiyənin daha da tərəqqisinin şahidi olduğunu deyib. O, qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.

Bildirilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparırlar. Dostluq qrupları sıx dialoq içərisindədir.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlı dəstək yüksək səviyyədədir. Parlamentlərimiz də Türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri