Icma.az
close
up
RU
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”

“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq... Bəlkə də... Bilmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a müsahibəsində deyib.

Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması ilə bağlı ona ünvanlanan suala maraqlı cavab verib: “Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda “bomj” kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün “sənin evin haradadır?” sualına cavab yoxdur.

Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda, ya Milanda yaşamağa, onsuz da mən hazırda təyyarədə yaşayıram.

Bəzən dostlarım mənə deyir ki, sən göydə daha çox vaxt keçirirsən, nəinki Yerdə. Vallah, düz deyirlər. Ona görə ev məsələsinə gələndə siz məndən soruşsanız ki, sənin evin haradadır, cavab verə bilmərəm”.

Qeyd edək ki, 48 yaşlı sənətçi 2015-ci ildə rusəsilli Avstriya opera müğənnisi Anna Netrebko ilə Vyanada nikah bağlayıb. Lakin onlar ötən il ayrıldıqlarını, buna baxmayaraq yenə də birlikdə çıxış edəcəklərini açıqlayıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri