Hazırda bu yollarda TIXAC var
Icma.az bildirir, Modern.az-ə əsaslanaraq Hazırda bu yollarda TIXAC var.
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
3. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
4. Babək prospekti, mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

