Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 24-də Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ankarada Sergey Lavrov ilə Türkiyənin XİN başçısı Hakan Fidan arasında keçirəcək görüşlərdə əsasən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə ediləcək.
Bundan əlavə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin diplomatik səylər vasitəsilə ədalətli və daimi sülhlə başa çatdırılması barədə fikir mübadiləsi aparılacaq.
Görüşlərdə ABŞ-la Rusiya arasında son təmaslar və Türkiyənin bu prosesə töhfə verə biləcəyi istiqamətlər də nəzərdən keçiriləcək. Nazir Fidan 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin gələcəkdə də bu rolu yerinə yetirməyə hazır olduğunu vurğulayacaq.
Söhbət zamanı, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Suriya və Qəzzadakı vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:284
Bu xəbər 23 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















