Icma.az
close
up
RU
Yer yaşayış üçün yararsız olacaq

Yer yaşayış üçün yararsız olacaq

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Həddindən artıq istilər və tektonik plitələrin hərəkəti səbəbindən Yer planeti yaşayış üçün yararsız hala düşə bilər. Bristol Universitetinin alimləri uzun zaman apardıqları tədqiqatlardan sonra superkompüter vasitəsilə bunun nə vaxt baş verə biləcəyini öyrəniblər.
Reyting.az
-ın məlumatına görə, "Nature Geoscience" elm jurnalındakı araşdırmada qeyd olunur ki, 250 milyon ildən sonra Yer həddindən artıq istilər və getdikcə artan vulkanik aktivlik, eləcə də superkontinent "Pangea Ultima"-nın tam formalaşması səbəbindən həyat üçün yararsız hala düşəcək.
Elm adamları bu sahədə böyük nəticələr əldə etmək məqsədilə gələcək iqlimi modelləşdirmək üçün superkompüterdən istifadə ediblər. Alimlər müəyyənləşdiriblər ki, qitələr birləşdikcə quraqlıq və həddindən artıq qızan super qitə yaranacaq. Üstəlik, burada temperatur təxminən 40-70°C-yə çatacaq.
Tədqiqatçılar deyirlər ki, Günəşin aktivliyi artacaq, vulkanlar daha çox CO₂ buraxacaq, bu isə proses zamanı istixana effektini yüksəldəcək.
Bu tədqiqatın həmmüəllifi A. Farnsvort bildirib ki, yeni superkontinent üçlü çaşqınlıq yaradacaq. Ortaya çıxmış kontinentallıq effektləri və daha çox isinən Günəş, həm də get-gedə artan CO₂ Yer kürəsi üçün son dərəcədə dəhşətli, planetə düşmən kəsilən mühitin yaranmasına gətirib çıxaracaq.
Alimlərin proqnozlarına görə, qitələr birləşdikdə quru ərazilərin yalnız 8-16 faizi yaşayış üçün yararlı olacaq.
Onu da qeyd edək ki, elm adamlarının bu araşdırması təkcə uzaq gələcək üçün deyil, həm də mövcud iqlim dəyişikliyini aydın anlamaqdan ötrü vacibdir.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri