Icma.az
close
up
RU
Hazırda ölkə üzrə 16,000 dən çox istismar müddəti bitmiş bina mövcuddur EKSPERT FİKRİ

Hazırda ölkə üzrə 16,000 dən çox istismar müddəti bitmiş bina mövcuddur EKSPERT FİKRİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Müxtəlif mənbələrin məlumatına görə, hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur. Son rəqəmlər artıq 16 min həddini keçib. Bu siyahıya sovet dövründə inşa olunmuş çoxmənzilli yaşayış binaları, eyni zamanda şəhər mərkəzində yerləşən bəzi açıq, köhnə binalar da daxildir". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, mart ayında yaranmış vəziyyətlə əlaqədar olaraq Baş Nazirin sədrliyi ilə iclas keçirilmişdir: "Fövqəladə Hallar Nazirliyi həmin siyahıdan 197 binanı xüsusi olaraq seçərək qeydiyyata alıb. Bu binalarda yaşamaq artıq vətəndaşlar üçün təhlükəli hesab olunur və onların qısa müddət ərzində sökülməsi ilə bağlı Baş Nazir tərəfindən ilkin tapşırıqlar verilib, müvafiq komissiyalar yaradılıb.

Artıq bəzi qəzalı binalarda sakinlərin köçürülməsi və söküntü prosesi başlanıb. Bu prosesə daxil olan binalardan biri Sabunçu rayonunda, digəri isə Xətai rayonunda yerləşir. Sakinlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir və təhlükəli vəziyyətdə olan binaların sökülməsi işi aparılır".

Ekspert qeyd edir ki, sözügedən 197 bina faktiki olaraq Bakı şəhərinin demək olar ki, bütün rayonlarında yerləşir. Dövlət tərəfindən bu binaların qısa müddətdə sökülməsi, sakinlərə kompensasiya ödənilməsi və ya tikinti şirkətlərinin bu işə cəlb olunması məsələsi gündəmdədir. Lakin hələlik dövlətin bu qədər genişmiqyaslı layihəni maliyyələşdirməsi üçün kifayət qədər vəsaiti yoxdur.
16,000 bina getdikcə qəzalı vəziyyətə çevriləcək. Ölkəmizdə 100-ə yaxın tikinti şirkəti var və 16.000 binanın yenilənməsi istiqamətində heç bir resursları yoxdur. Bu o deməkdir ki, qəzalı binaların sayı çox olacaq.
Qeyd edim ki, hökumət də o qədər yükü daşıya bilmir. Dövlət hesabına bu qədər binaların sökülməsi vətəndaşların konpensasiyaya verilməsi mümkün deyil. Hökümətin daha böyük planları var. Qeyd edim ki, tikinti şirkətlərinin də sayı çox azdır. Bu istiqamətdə ciddi qərarlar verilməlidir ki, gələcəkdə bu problem daha da böyüməsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri