Icma.az
close
up
RU
Hazırda regionlarda əsas gəlir mənbəyi kənd təsərrüfatıdır EKSPERT FİKRİ

Hazırda regionlarda əsas gəlir mənbəyi kənd təsərrüfatıdır EKSPERT FİKRİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın regionlarında iqtisadi inkişaf səviyyəsi ərazi üzrə fərqli xüsusiyyətlərə malikdir və bu fərqliliklər əsasən coğrafi mövqe, iqlim şəraiti, torpaq məhsuldarlığı və əhalinin məşğulluq sahələri ilə müəyyən olunur. Bəzi rayonlar quraq, şoran və şaxtalı iqlimə malik olduqları üçün kənd təsərrüfatında məhsuldarlıq aşağı olur. Bununla belə, bəzi rayonlarda sosial-iqtisadi inkişaf səviyyəsi, hətta bəzi şəhər statusuna malik inzibati vahidlərdən daha yüksəkdir. Bu baxımdan, regionlarda iqtisadi vəziyyətin ümumilikdə zəif olduğunu demək düzgün olmaz. Çox vaxt bu müqayisə Bakı şəhəri ilə aparıldığı üçün regionların iqtisadi potensialı kölgədə qala bilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, hazırda regionlarda əsas gəlir mənbəyi kənd təsərrüfatıdır ki, bu sahədə də xüsusilə əkinçilik üstünlük təşkil edir: "Əkinçiliyin heyvandarlıqdan daha önə çıxmasının əsas səbəbləri arasında kənd təsərrüfatının vergidən azad olunması və məhsulların ixrac potensialı qeyd edilə bilər. Ənənəvi məhsul növlərinin əkini azalıb və hal-hazırda fermerlər daha çox bazar tələbinə və ixrac imkanlarına əsaslanaraq məhsul seçimi edirlər. Yəni, bazarda və ya ixracda hansı məhsula tələbat və qiymət yüksəkdirsə, həmin məhsul üstünlük təşkil edir. Bu yanaşma isə uzunmüddətli perspektivdə bazarda digər məhsullar üzrə təklifin azalmasına, qiymət artımına və ərzaq balansında pozulmalara səbəb ola bilər.

Regionlarda digər gəlirli sahələrdən biri də dənli bitkilərin əkini hesab olunur. Bu məhsulların topdansatış qiyməti nisbətən aşağı olsa da (təxminən 25-35 qəpik/kq), dövlət tərəfindən verilən subsidiya və geniş əkin sahələri hesabına bu sahə kənd təsərrüfatı subyektləri üçün gəlirli olaraq qalır".

Ekspert qeyd edib ki, istixana təsərrüfatı da regionlarda gəlir gətirən vacib sahələrdən biridir: "Mövsümdən asılı olmayaraq məhsul istehsalının mümkünlüyü və əsas alıcıların restoranlar və ixracatçı şirkətlər olması bu sahənin rentabelliyini artırır. Eyni zamanda, iqlim şəraiti və torpaq resurslarının düzgün idarə olunması kontekstində meyvəçilik və istixana təsərrüfatı hal-hazırda ən yüksək gəlir gətirən sahələr sırasındadır.

Qeyd etmək lazımdır ki, bu sahələrin ölkə üzrə ümumi iqtisadi gəlirlərdə payı statistik baxımdan nisbətən az görünür. Bu, əsasən dövlət büdcəsinin əsas hissəsinin neft-qaz sektorundan formalaşması ilə bağlıdır. Buna baxmayaraq, regionların iqtisadi inkişafı üçün kənd təsərrüfatının rolu əhəmiyyətlidir və bu sahənin stimullaşdırılması uzunmüddətli iqtisadi sabitliyin təminatçısı ola bilər.

Ümumilikdə, regionların iqtisadi vəziyyəti nisbətən sabit qiymətləndirilə bilər. Lakin müəyyən problemlər və çağırışlar mövcuddur. Bunlara əhalinin paytaxt Bakı şəhərinə miqrasiyası, innovativ texnologiyaların tətbiqinin aşağı səviyyədə olması, əl əməyinə üstünlük verilməsi və iqlim dəyişikliklərinin məhsuldarlığa təsiri kimi amillər daxildir. Bu faktorlar regionlarda kənd təsərrüfatı sahələrinin inkişafına birbaşa və dolayı təsir göstərməkdədir"- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri