Icma.az
close
up
RU
Статья не опубликована
Hazırkı taktika Cümhuriyyət Xalq Partiyası (CHP) üçün risklidir Elçin Xalidbəyli

Hazırkı taktika Cümhuriyyət Xalq Partiyası (CHP) üçün risklidir Elçin Xalidbəyli

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

“Cümhuriyyət Xalq Partiyasının (CHP) və bütövlükdə müxalifətin hazırda Əkrəm İmamoğlu faktoru ətrafında situasiyanı gərginləşdirmək cəhdləri məntiqsiz və əsassız görünür. Çünki İmamoğluna qarşı ciddi ittihamlar irəli sürülüb və onların sənədlərlə təsbit edildiyi bildirilir. Əgər CHP həqiqətən demokratiya və insan hüquqları uğrunda mübarizə aparan bir partiya olduğunu sübut etmək istəyirdisə, hüquq-mühafizə orqanlarının və xüsusilə məhkəmənin qərarını gözləməli idi. Hüquq-mühafizə orqanları Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamları sübutlarla təsdiqləmək məcburiyyətindədir. Əgər bu ittihamlar sübuta yetirilərsə, İmamoğlunun ciddi qanun pozuntularına yol verdiyi ortaya çıxacaq və bu halda CHP-nin belə bir şəxsi niyə müdafiə etdiyi ilə bağlı suallar yaranacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsi Türkiyədə siyasi gərginliyi artırıb. İlkin olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) təşəbbüsü və rəhbərliyi ilə başlayan genişmiqyaslı etirazlar daha sonra müxtəlif səviyyələrdə davam edib. Hazırda küçə aksiyalarının nisbətən səngidiyi, lakin hökumətə məxsus bəzi müəssisə və şirkətlərə qarşı boykot çağırışlarının edildiyi müşahidə olunur. Baş verən hadisələr bir müddət əvvəl Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin qəbulu ilə bağlı keçirilən kütləvi etirazları xatırladır. Qonşu ölkədə də bənzər gərginlik yaşanmış, lakin müxalifətin rəhbərliyi altında təşkil olunan aksiyalar nəticəsiz qalmış və zamanla səngimişdi.

Siyasi şərhçi qeyd edib ki, hazırkı taktika Cümhuriyyət Xalq Partiyası (CHP) üçün risklidir.

“Çünki ağır cinayətlərdə ittiham olunan bir şəxsi müdafiə edən partiya, əslində, Türkiyə dövlətinə və İstanbul sakinlərinə qarşı addımlar atmış olur. İttihamlara əsasən, İstanbul sakinlərinin rifahına və sosial həyatına xərclənməli olan böyük maliyyə vəsaitlərinin İmamoğlu tərəfindən mənimsənildiyi iddia olunur. Belə ciddi ittihamlarla üzləşmiş bir şəxsi məhkəmə qərarı olmadan müdafiə etmək siyasi baxımdan yanlış addımdır. Digər tərəfdən, CHP-nin bu prosesi sona qədər davam etdirmək imkanlarının məhdud olduğu görünür. Partiya daxili parçalanma ilə üzləşib və yaxın zamanda keçiriləcək qurultayda yeni sədrin kim olacağı hələ dəqiqləşməyib. Keçmiş sədr Kamal Kılıçdaroğlunun yenidən namizəd ola biləcəyi ehtimal edilir. CHP daxilindəki daxili çəkişmələr İmamoğlu məsələsi ilə daha da dərinləşib. Hüquq-mühafizə orqanlarından sızan məlumatlara görə, hazırda İmamoğluna qarşı 23-24 nəfərlik şahid qrupu ifadə verib. Onlardan dördü gizli şahid, digərləri isə açıq şahidlərdir. Ən maraqlısı isə budur ki, İmamoğlunun əleyhinə ifadə verənlərin hamısı CHP üzvüdür. Bu da partiyanın daxilində ciddi problemlərin olduğunu göstərir”.

Siyasi şərhçi sonda əlavə edib ki, bütün bunlar nəzərə alındıqda, müxalifətin hazırkı etirazlarının uzunmüddətli nəticə verməsi ehtimalı azdır:

“Türkiyə hökuməti də etirazçılara xəbərdarlıq edərək, onların üç-dörd ay sonra bu hərəkətlərinə görə cavab verməli olacağını bildirib. Çünki bu müddət ərzində İmamoğlu ilə bağlı istintaq prosesi tamamlanacaq və ittihamların məzmunu sübutlarla birlikdə ictimaiyyətə təqdim olunacaq. Bu isə CHP-ni daha da çətin vəziyyətə sala, sosial bazasını zəiflədə və nəticədə partiyanın müxalifət qüvvəsi kimi əhəmiyyətini azaltmasına səbəb ola bilər. Bundan əlavə, prosesdə xarici dövlətlərin kəşfiyyat qurumlarının təsirinin olması ehtimalı da irəli sürülür. Etirazçılar arasında təxribatçıların olduğu barədə məlumatlar mövcuddur. Ümumilikdə götürdükdə, CHP və Türkiyədəki müxalifətin hökumətə qarşı etirazlarının ciddi nəticə verməsi ehtimalı azdır. Çox güman ki, bu etiraz dalğası yaxın vaxtlarda zəifləyəcək və nəticədə proses CHP və müxalifət üçün mənfi təsirlərlə nəticələnəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Aprel 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri