Icma.az
close
up
RU
3+3 variantı ABŞ, Aİ və Fransa üçün qətiyyən sərfəli deyil Elçin Xalidbəyli

3+3 variantı ABŞ, Aİ və Fransa üçün qətiyyən sərfəli deyil Elçin Xalidbəyli

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“3+3” formatı Azərbaycanın ideyası idi və bu ideya artıq həm region dövlətləri, həm də Cənubi Qafqaz ətrafındakı dövlətlər tərəfindən qəbul olunub. Artıq bir neçə toplantısı da keçirilib. Növbəti toplantının Türkiyədə keçirilmə ehtimalı var. Ancaq hələlik vaxtı barədə dəqiq mülahizələr mövcud deyil. Rəsmi Bakı bu ideyanı gündəmə gətirərkən əsas hədəfi ermənipərəst Fransanın, Avropa Birliyinin və ABŞ-ın Cənubi Qafqazdakı sülh prosesinə və ümumiyyətlə geoiqtisadi və geopolitik, geostrateji prosesin qarşısını almaq məqsədi daşıyırdı. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Cənubi Qafqazın problemləri məhz region və region ətrafı dövlətlər tərəfindən həll olunmalıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, Cənubi Qafqazın inkişaf perspektivləri barədə də məhz region dövlətləri və ətrafı dövlətlər qərar verməlidirlər.

“Təbii ki, ABŞ, Avropa Birliyi və Fransa üçün “3+3” variantı qətiyyən sərfəli deyil. İndiki situasiyada ən çox Rusiya və İran xüsusi həssaslıqla yanaşır. Azərbaycanın da maraqları bu formatın ön planda olmasıdır. Ancaq hazırda rəsmi Bakı daha fərqli problemlərin həlli ilə məşğul olduğuna görə, birbaşa “3+3” formatı üzərində xüsusi planlar qurmaq niyyətindən uzaqdır. Həmçinin, Ermənistanda Qərbin geopolitik müstəmləkəsi olduğuna görə, Qərbdən gələn təlimatlar üzrə hərəkət edir. Bu baxımdan, Ermənistanın da yaxın vaxtlarda “3+3” formatında maraqlı ola biləcəyi ilə bağlı əminlik mövcud deyil. Yəni Avropa Birliyinə üzvlüklə bağlı prosesə start verdikdən sonra eynilə, ABŞ-da strateji tərəfdaşlıq sənədinin imzalanmasından sonra Ermənistan tamamilə həm Avropa Birliyi, həm də ABŞ-dan siyasi cəhətdən asılı vəziyyətdədir. Oradan gələn təlimatlara uyğun davranmaq məcburiyyətindədir. Yəni İrəvanın “3+3” formatında iştirakı Qərbdən gələn icazənin olub-olmamasından asılıdır. Gürcüstana gəldikdə isə Gürcüstanın vəziyyəti daha qəlizdir. Çünki Gürcüstanın Rusiya ilə kifayət qədər ciddi problemləri var. Eyni zamanda buna paralel olaraq da Gürcüstanın Amerika Birləşmiş Ştatları ilə və Avropa Birliyi ilə münasibətlərində gərginləşmə mövcuddur. Belə bir vəziyyətdə Gürcüstan balans siyasəti yeritmək məcburiyyətindədir. Rəsmi Tiflis, Rusiyanın iştirak etdiyi heç bir qurumda təmsil olunmaq istəmədiyini artıq dəfələrlə bəyan edib və bu bəyanatın şərtlərinə “3+3” formatı da daxildir”.

“Ancaq Gürcüstanın ABŞ və Avropa Birliyi ilə münasibətlərinin kəskinləşməsindən sonra ola bilər ki, rəsmi Tiflis “3+3” formatına daha həssas yanaşsın. Hazırda müvəqqəti müşahidəçi statusunda olan, prosesləri izləməklə məşğul olan Gürcüstan vaxtlarda “3+3” formatında birbaşa iştirak haqqında qərarlar qəbul edə bilər. Ancaq burada bir önəmli məqam da ondan ibarətdir ki, rəsmi Tiflisin Rusiyadan çox ciddi qarşılıqlı addımlar atılmasını gözlədiyini də düşünmək olar. Çünki Rusiya Gürcüstanın ərazilərində separatçı qurumlar yaradaraq ora nəzarət edib, Cənubi Osetiya və Abxaziya Rusiyanın nəzarətindədir. Ona görə də hesab etmək olar ki, Gürcüstanın “3+3” formatına yolunun açılması üçün Rusiyanın həm Cənubi Osetiya, həm də Abxaziyadan imtina etməsi lazımdır. Rusiyanın ərazi bütövlüyünü tanıması lazımdır və Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ərazisi olduğunu birmənalı şəkildə rəsmən Rusiyanın bəyan etməsi lazımdır. Gürcüstan ərazisindəki separatçı qurumların dəstəklənməsi hazırda Rusiya və Gürcüstan arasındakı əsas problemlərin sırasında yer alır. Əgər Rusiya belə bir addım atarsa, yəni Cənubi Osetiya və Abxaziya separatçılarının dəstəklənməsindən imtina edərsə, Gürcüstanın “3+3” formatında yer alma ehtimalı daha da artmış olar”.

Rəfiqə NAMAZƏLİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Yanvar 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri