Icma.az
close
up
RU
“Hazırlığa getmədim, öz biliyimə güvəndim” Müəllimdən AÇIQLAMA

“Hazırlığa getmədim, öz biliyimə güvəndim” Müəllimdən AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Fənnini bilən müəllim üçün sertifikasiyadan keçmək mümkündür”.

Redaktor.az xəbər verir ki, Bakı şəhəri 259 nömrəli tam orta məktəbin musiqi müəllimi Validə Əlizadə sertifikasiya imtahanından sonra azedu.az-a təəssüratlarını bölüşüb.

Üç ildir pedaqoji fəaliyyət göstərdiyini bildirən müəllim imtahanda 59 bal topladığını və nəticəsindən məmnun qaldığını deyib.

“Çox sevincliyəm. Sualların səviyyəsi normal idi. Düşündürücü və maraqlı suallar da var idi. Ümumilikdə imtahan yaxşı təşkil olunmuşdu”, - deyə V.Əlizadə qeyd edib.

Onun sözlərinə görə, test tapşırıqları sadədən mürəkkəbə doğru tərtib edilmişdi və müxtəlif səviyyəli sualları əhatə edirdi.

“Suallar həm sadə, həm də düşündürücü idi. Harda səhv etdiyimi hələ bilmirəm, amma ehtimal edirəm ki, kurikulum hissəsində müəyyən yanlışlarım ola bilər”,-  deyə müəllim bildirib.

İmtahana hazırlıq prosesindən danışan V.Əlizadə əlavə vəsaitlərdən istifadə etmədiyini vurğulayıb:

“Xüsusi hazırlıq keçməmişəm. Öz biliklərimə güvənirdim. Düşünürəm ki, fənnini yaxşı bilən müəllim üçün bu imtahandan keçmək mümkündür”.

Müəllim sertifikatlaşdırmanın peşəkar inkişaf baxımından əhəmiyyətini də qeyd edib.

“Sertifikasiya müəllimlərə müsbət təsir göstərir. Bu proses onları daim öz üzərlərində işləməyə, biliklərini yeniləməyə və inkişaf etdirməyə təşviq edir”, - deyə o bildirib.

V.Əlizadə əlavə edib ki, sertifikatlaşdırmanın əməkhaqqı artımı ilə əlaqələndirilməsi də müəllimlər üçün əlavə motivasiya yaradır və onların peşəkar inkişafına stimul verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri