Icma.az
close
up
RU
Hazırlıq kursuna getmədən 95 bal topladım

Hazırlıq kursuna getmədən 95 bal topladım

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində fəaliyyət göstərən coğrafiya müəllimi Məhəmməd Namazov müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərib. O, imtahanda 95 bal toplamağa nail olub.

Orta məktəbdə çalışan M.Namazov Redaktor.az-a açıqlamasında bildirib ki, müəllim işlədiyi üçün ixtisas üzrə heç bir hazırlıq kursuna və ya repetitor yanına getmədən bu nəticəni qazanıb:

"Özüm hazırda fəaliyyətdə olan müəlliməm, ona görə də ixtisas üzrə əlavə hazırlıqlara ehtiyac duymadım. Nəticənin yüksək olacağını öncədən təxmin edirdim. Amma onu da qeyd edim ki, suallar əvvəlki illərlə müqayisədə xeyli rahat idi. Təbii ki, imtahanda məndən də yüksək bal toplayan həmkarlarımız var".

M.Namazov builki MİQ imtahanında iş yerini dəyişmək xatirinə iştirak etmədiyini vurğulayıb:

"Hazırda Gəncə şəhərində fəaliyyətimi uğurla davam etdirirəm. Bu imtahanda iştirakım yerdəyişmə məqsədi daşımırdı, sadəcə olaraq sualların səviyyəsi ilə yaxından tanış olmaq xarakteri daşıyırdı".

Qeyd edək ki, bu, gənc coğrafiya müəlliminin ilk uğuru deyil. Məhəmməd Namazov ötən il keçirilən müəllimlərin sertifikasiya imtahanında da 56 bal toplamağı bacarıb.

Müəllim sonda imtahan verən bütün həmkarlarına dəstək nümayiş etdirib: "MİQ imtahanında iştirak edən hər bir müəllimə, ixtisasından asılı olmayaraq, uğurlar və gələcək pedaqoji fəaliyyətlərində nailiyyətlər arzulayıram".

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri