Icma.az
close
up
RU
Beynəlxalq Bankın həbsdə olan eks əməkdaşı ilə bağlı QƏRAR

Beynəlxalq Bankın həbsdə olan eks əməkdaşı ilə bağlı QƏRAR

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Natiq Balayevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2021-2023-cü illərdə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş Natiq Balayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Həmin illərdə Natiq Balayev hərraclarda bankı təmsil etmək üçün etibarnamə verilib. O, banka məxsus 6 avtomobili 68 550 manata hərraca çıxarıb. Hərracların təşkilində saxtakarlıq edərək əvvəlcədən tanıdığı şəxsləri hərracın qalibi edib.

Belə ki, Natiq Balayev "Panorama Travel" səyahət agentliyinin rəhbəri (qanuni təmsilçisi Əskərli İlqar Şahverən oğlu) və digər şəxslərlə əvvəlcədən razılaşaraq, avtomobilləri onlara hərrac vasitəsilə satıb. Həmin şəxslər hərracda iştirak etmək üçün avtomobillərin ümumi dəyərinin 10 faizini banka köçürüblər.

Natiq Balayev qalan 68 550 manat məbləğində pulu mənimsəyib. Banka ödəniş edilməsinə dair saxta kassa mədaxil orderləri hazırlayaraq işlədiyi departamentə təqdim edib. Bankın vəzifəli şəxsi əldə etdiyi pulun bir qismini iribuynuzlu heyvan almağa sərf edib. Cinayətin üstü açıldıqdan sonra götürdüyü pulun 20 min manatını banka qaytarıb.

Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, hərracda iştirak edən şəxslər nəzərdə tutulan məbləği ödəmədikləri üçün banka ödəniş edə bilməyib. O, təşkil etdiyi hərraclarda saxtakarlığın üstü açılmasın deyə saxta kassa mədaxil orderləri hazırlayaraq departamentə təqdim edib.

Məhkəmənin qərarı ilə Natiq Balayev Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs olunub.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see176

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see124

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri