Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini də cavabsız qoymamalıdır
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir. Rusiyanın dövlət agentliyinin yaydığı bu xəbər adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb. Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq. Belə olan halda Kremlin və rusiyalı rəsmilərin, deputatların və diplomatların Azərbaycana münasibətində əvvəlkitək təxribatlar gözləməliyik. Maraqlıdır ki, Kremli bu “istəyini” ilk dəfə Azərbaycana adını çəkərək səsləndirib. Kreml eyni istəyi strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini də cavabsız qoymamalıdır.
Elxan Şahinoğlu, politoloq
Bu mövzuda digər xəbərlər:Təxribatçılığın sonu: RİA Novosti, “Sputnik Azərbaycan” indi də...
26 May 2025 14:45
Medinskinin Qarabağ açıqlaması və “RİA Novosti”nin xəbəri: Təsadüf yox, mesaj Var
11 İyun 2025 08:31
Prezidentin “RİA Novosti”yə cavabları bütün bədxahlarımıza ünvanlamışdı!
19 Dekabr 2024 10:31
Bakıda rusiyalılarla bağlı məsələ tam nəzarətdədir RİA Novosti
05 Sentyabr 2025 14:52
Xarici İşlər Nazirliyi Bloombergin xəbərini təkzib etdi
18 Noyabr 2024 18:28
Baxış sayı:70
Bu xəbər 10 İyun 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















