Icma.az
close
up
RU
Həbsdə olan keçmiş vəzifəli şəxs kassasiya şikayəti verdi

Həbsdə olan keçmiş vəzifəli şəxs kassasiya şikayəti verdi

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli mülki iddiaya (191 994,98 manat) aid hissə dəyişdirilib. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mülki iddiası təmin оlunub. Ali Məhkəmənin hesabında saxlanılan 10 000 manat və Baş Prokurorluğun depozit hesabında saxlanılan 15 000 manat iş üzrə təmin olunmuş mülki iddiaya hesablanmaqla sözügedən Peşə Liseyinin hesabına köçürülməsi barədə qərar çıxarılıb. Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxsdən 166 994,98 manat pul tutularaq Peşə Liseyinin hesabına köçürülsün. Mülki iddianın təmini məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Tanrıverdiyevin Tovuzdakı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi və Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Abulbəyli kəndindəki 0.2862 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılıb.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see125

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see123

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see119

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see118

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see117

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see116

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see115

31 il ötdü...

03 İyul 2025 07:57see115

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri