Həbsdə ölən sabiq icra başçısının binası Satışa çıxarıldı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.
İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.
Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.
Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Sentyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















