Icma.az
close
up
RU
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası Pulumu verin

Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası Pulumu verin

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev pensiya davasına açıb.

Mövlam Şıxəliyev pensiya təminatı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlər Təyinat üzrə Mərkəzini məhkəməyə verib. 
 

Birinci məhkəmə instasiyası onun iddiasını təmin etməyib. Mövlam Şıxəliyev apellyasiya şikayəti verib. Onun şikayətinə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılıb və təmin edilməyib.

Mövlam Şıxəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Mövlam Şıxəliyevin Ali Məhkəmədə bəraət almaq cəhdi baş tutmayıb. 

2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, onunla birgə məhkum olunmuş MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisləri Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Sərəncama əsasən, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Sahib Ələkbərov və Yasin Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mövlam Şixəliyev 2021-ci ilin aprelindən həbsdədir.

Məhkəmə həmçinin Mövlam Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına qərar verib. Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov 11 il 2 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Daha sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Yanvar 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see173

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri