Icma.az
close
up
RU
Həbsxanada “krallıq” qurub Reper üçün məhbuslar görün nələr edir?

Həbsxanada “krallıq” qurub Reper üçün məhbuslar görün nələr edir?

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

ABŞ-də həbs cəzası çəkən məşhur reper Şon Kombsun – səhnə adı ilə “P. Diddi”nin həbsxanadakı həyatı ilə bağlı yeni iddialar ortaya çıxıb. Məlumatlara görə, musiqiçi digər məhbuslardan fərqli şəraitdə yaşayır və keçmişdəki imkanlarını həbsxanada da müəyyən qədər davam etdirə bilir.

“Yeni Sabah” xəbər verir ki, "NBC News"un araşdırmasına əsasən, Kombsun Nyu-Cersidəki Fort-Diks federal həbsxanasında bəzi məhbuslardan şəxsi işləri üçün istifadə etdiyi iddia olunur. Mənbələrin sözlərinə görə, bəzi məhbuslar onun üçün yemək hazırlayır, əşyalarını yığışdırır, yatağını düzəldir və paltarlarını yuyurlar. Hətta onlardan birinin Kombsa Çin üsulu ilə masaj etdiyi bildirilir.

İddialara görə, reper bunun müqabilində digər məhbusların hesablarına hər ay minlərlə dollar köçürülməsinə nail olur. Bu pulların onun üçün müxtəlif işləri görən şəxslərə çatdırıldığı bildirilir. pizza sifarişi

Avropa mediasında da yayılan xəbərlərdə Kombsun həbsxanada qadağan olunan əşyalara çıxış əldə etdiyi iddiaları yer alıb. “The Independent” yazır ki, mənbələr reperin qaçaq yolla həbsxanaya gətirildiyi bildirilən mobil telefondan istifadə etdiyini, sosial şəbəkələrə daxil olduğunu və ona göndərilən açıq-saçıq görüntülərə baxdığını iddia ediblər.

Bundan başqa, onun filmlərə və sənədli filmlərə baxmaq üçün dəyişdirilmiş planşetdən istifadə etdiyi də bildirilir. İddialara görə, Kombs hətta “Netflix”də özü haqqında çəkilən “Sean Combs: The Reckoning” sənədli serialına da baxıb.

Məhbusların sözlərinə əsasən, həbsxanada spirtli içki də əldə etmək mümkündür. Onlardan biri Kombsla birlikdə “Hennessy” konyakı içdiyini iddia edib. Mənbələr həmçinin həbsxananın qara bazarında bəzi dərmanların satıldığını və Kombsun da bunlardan əldə etdiyi deyilən şəxslər arasında olduğunu bildiriblər.

"NBC News"un məlumatına görə, Kombsun həbsxanadakı rahatlığı problemsiz keçməyib. O, yay aylarında başqa məhbusla mübahisədən sonra müəyyən müddət təcridxanaya salınıb. Daha sonra isə narkotik asılılığı ilə bağlı müalicə proqramından çıxarılıb.

Qeyd edək ki, Kombs 2025-ci ilin iyulunda iki maddə üzrə – fahişəlik məqsədilə insanların ştatlar arasında daşınması ilə bağlı ittihamlar üzrə təqsirli bilinib. O, daha ağır olan insan alveri və mütəşəkkil cinayətkarlıqla bağlı ittihamlardan isə bəraət alıb. 2025-ci ilin oktyabrında ona 50 aylıq həbs cəzası verilib.

Kombsun nümayəndəsi son iddiaları qəbul etməyib. O, reperin cəzasını həbsxana qaydalarına uyğun çəkdiyini və hazırda apellyasiya prosesinin nəticəsini gözlədiyini bildirib. ABŞ Federal Həbsxanalar Bürosu isə konkret olaraq Kombsun vəziyyətini şərh etməyib. Qurum ümumi açıqlamasında mobil telefon, narkotik və digər qadağan olunmuş əşyaların həbsxanalarda ciddi problem olaraq qaldığını qeyd edib.

Bu arada, Kombsun həbsdən çıxacağı tarix də yenilənib. Federal Həbsxanalar Bürosunun məlumatına əsasən, reperin hazırkı ehtimal olunan azadlığa buraxılma tarixi 21 yanvar 2028-dir. Bu tarix əvvəlki hesablamadan 15 gün daha erkəndir.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri