Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı repçi P. Diddy (Şon Kombs) həbsxanada başından xəsarət alıb.
Kulis.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sənətçi kameradakı ikimərtəbəli çarpayıya çırpılaraq başından zədə alıb və Nyu-Cersi ştatındakı xəstəxanalardan birinə yerləşdirilib.
Təcili yardım və bahalı həbsxana həyatı
"TMZ" nəşrinin iddiasına görə, təcili tibbi yardım maşını oktyabrın 10-na keçən gecə repçini həbsxanadan aparıb. Lakin səhər açılmamışdan əvvəl Kombs yenidən kamerasına qaytarılıb. Bildirilir ki, sənətçinin huşu yerində olub və o, danışa bilib.
Hazırda Nyu-Cersidəki "Fort-Diks" federal həbsxanasında saxlanılan P. Diddynin cəzaçəkmə şəraiti də diqqət çəkir. "NBC News"un məlumatına görə, repçi dəmir barmaqlıqlar arxasında öyrəşdiyi lüks və rahatlıq səviyyəsini qorumaq üçün hər ay minlərlə dollar pul xərcləyir.
İnsan alveri ittihamı və 4 illik həbs
Xatırladaq ki, ötən ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi repçini 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Andlı iclasçılar onu fahişəliyə cəlb etmək məqsədilə insan daşınması və alveri ilə bağlı iki epizod üzrə təqsirli biliblər. Bununla belə, ifaçı reketlik və cinsi istismar məqsədilə zorla yerdəyişmə ilə bağlı digər ittihamlardan bəraət alıb.
"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı “Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı "Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















