Həbsxanalarda imtahan verəcək şagirdlərin sayı AÇIQLANDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Martın 9-da digər məktəblərdə olduğu kimi, cəzaçəkmə müəssisələrində yerləşən xüsusi təyinatlı 6 məktəbdə də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildiriliblər.
Qeyd edilib ki, imtahanda ümumilikdə 136 nəfərin iştirakı gözlənilir. İmtahanın keçirilməsi üçün DİM ərəfindən 6 imtahan rəhbəri və 13 nəzarətçi ayrılıb.
Xatırladaq ki, buraxılış imtahanlarında Elm və Təhsil Nazirliyi tərəfindən məlumatları “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən bütün şagirdlər iştirak etməlidirlər. Cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə oxuyan şagirdlər də istisna deyil və hər il Dövlət İmtahan Mərkəzi həmin məktəblərin 9-cu və 11 ci sinfində (buraxılış sinfində) təhsil alan şəxslər üçün imtahan təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Mart 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















