Icma.az
close
up
RU
Həbsxanalarda ölüm halları artmaqdadır

Həbsxanalarda ölüm halları artmaqdadır

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Müraciətlərin təhlili, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizminin fəaliyyəti çərçivəsində penitensiar müəssisələrə həyata keçirilən başçəkmələrin nəticələri onu göstərir ki, ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad edilmələri barədə müraciətlərinə müvafiq komissiyada baxılması, tibbi rəyin verilməsi, habelə məhkəmələrə təqdimatın göndərilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır.

AzPost APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Penitensiar müəssisələrdə ölüm halları artmaqdadır

Bu sahədə təhlillərin aparılması məqsədilə ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad edilməsi üçün tibb şəhadətləndirilməsi, habelə həmin müəssisələrdə ölüm halları barədə statistik məlumatların təqdim edilməsi ilə bağlı Ombudsman tərəfindən Ədliyyə Nazirliyinə sorğu ilə müraciət olunmuşdur. Əldə edilmiş məlumata əsasən Penitensiar müəssisələrdə 2022-ci ildə 151, 2023-cü ildə isə 169 məhbusun vəfat etdiyi müəyyən edilib. Penitensiar müəssisələrdə saxlanılan həmin şəxslər arasında xəstəliklər səbəbi ilə 2022-ci ildə 146 ölüm halı, 2023-cü ildə isə 163 ölüm halı baş vermişdir ki, bu da müvafiq illər üzrə ümumi ölüm hallarının 96-97%-ini təşkil edib.

Ağır xəstə məhkumların azad edilməsi üzrə statistika

Buna baxmayaraq, ağır xəstəliyə düçar olmuş məhkumların cəza çəkməkdən azad edilməsi məqsədilə tibbi şəhadətləndirilməsi ilə bağlı Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyasında 2022-ci il ərzində cəmi 24 məhkumun, 2023-cü il ərzində isə 23 məhkumun məsələsi müzakirə olunub və 2022-ci il ərzində cəmi 2 məhkuma, 2023-cü il ərzində isə 5 məhkuma “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərə uyğunluq barədə rəy verildiyi müəyyən edilib. Eyni zamanda, statistikaya əsasən həmin rəylər üzrə verilmiş təqdimatlar əsasında 2022-ci il ərzində 2 məhkum, 2023-cü il ərzində isə 4 məhkum məhkəmə qərarı ilə cəza çəkməkdən azad olunub.

Göründüyü kimi, iki il ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə cəmi 7 təqdimat verilib ki, onlardan da 6-sı məhkəmələr tərəfindən təmin olunub: “Qeyd olunanları diqqətə alaraq, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir”.

“TikTok”da izləyin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri