Icma.az
close
up
RU
Heç bir əcnəbi gəlib, şəraitsiz klubda işləməz Tərlan Əhmədov

Heç bir əcnəbi gəlib, şəraitsiz klubda işləməz Tərlan Əhmədov

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Hamı yerli məşqçiləri günahlandırır. Amma biz əzab-əziyyət çəksək də, az büdcə ilə nəticə versək də, yenə dəyərimiz yoxdur. Heç bir əcnəbi isə gəlib, şəraitsiz klubda işləməz”.

Sportal.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

54 yaşlı mütəxəssis bildirib ki, Azər Bağırovun istefasından sonra “sarı-göylər”in sükanı arxasına yerli mütəxəssisin keçəcəiyini düşünür: “Gəncə təmsilçisi əcnəbi də, yerli baş məşqçi də gətirə bilər. Düşünürəm ki, o komandanı Premyer Liqada saxlayan yerli baş məşqçilər olub. Büdcəsi az olduğu, şəraitsiz vaxtlarda, komandanın həkiminin belə olmadığı dönəmində biz elitada qaldıq. Məndən sonra Adil Şükürov, Azər Bağırov gəldi və eynisini etdilər. Sonra isə lazım olmadılar. Klubdan açıqlama vardı ki, yeni gələn yerli mütəxəssis olacaq. Yaşayaq, görək. Proseslər uzanır. Düşünürəm ki, yerli baş məşqçi ilə anlaşma olub, sadəcə açıqlama vermirlər. Deyəcəyim bir şey yoxdur. Hər halda, yekun qərarı yeni rəhbərlik verəcək”.

Əhmədov Premyer Liqa təmsilçilərinin yerli mütəxəssislərə inanmamasından təəssüfləndiyini bildirib. Onun fikrincə, nəticə verən baş məşqçi işindən ayırdıqları üçün klublar uzunmüddətli strategiya ortaya qoya bilmirlər: “Bizdə karusel məsələsi ortaya çıxıb. Bu məşqçi buradan çıxarılır, ora göndərilir, oradan çıxarılır bura göndərilir. 2 saat ərzində bir komandadan digərinə keçir. Baxırıq ki, illərdir eyni məşqçilər dövr edir, lakin savadlı məşqçilərin hamısı kənarda qalır. Klublarımızın hansı biri inkişaf edir desək, bir “Qarabağ”, digəri “Zirə”dir. Hansı ki, heç kimdən asılılıqları yoxdur, sərbəst komandadırlar. Ona görə də inkişaf gedir, 1-2-ci yerdədirlər, qarşıya qoyduqları məqsədə çatıblar. Digərlərində çətinlik, qarışıqlıqdır. Nə baş verir, bilmirsən. O baş məşqçi barədə belə yazırlar. Nəticə verən məşqçilərə güvənib, rahat işləməyə qoymurlar. Problem tək “Kəpəz”də deyil, bir neçə klubda acınacaqlı vəziyyətdir”.

Qeyd edək ki, Tərlan Əhmədov 20223/2024 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 İyun 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri